Azərbaycanlı alimlər beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər
Bakı, 2 oktyabr, AZƏRTAC
İdarəetmə Sistemləri İnstitutunun alimləri Monteneqronun Petrovak şəhərində onlayn keçirilən XI beynəlxalq “Optimallaşdırma və tətbiqləri” konfransında iştirak ediblər.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, konfrans Monteneqro Universitetinin və Elmlər Akademiyasının, Rusiya Elmlər Akademiyasının Kompüter Hesablama Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Onlayn konfransa ABŞ, Fransa, Almaniya, İsveç, Meksika, Portuqaliya, Belçika, Finlandiya, Avstriya daxil olmaqla 25-dən çox ölkənin tanınmış alimləri qatılıblar.
Tədbirdə İdarəetmə Sistemləri İnstitutu alimlərinin “Adi diferensial tənliklər sistemi üçün nöqtəvi və inteqral qiymətli sərhəd şərtlərinin sağ tərəflərinin optimallaşdırılması”, “Parabolik tənlikdə xüsusi tip mənbənin zamandan asılı əmsal-funksiyasının bərpası məsələsinin həlli”, “Şəbəkə strukturlu dinamik sistemlərdə mənbələrin yerinin və gücünün optimallaşdırılması”, “Hərəkət edən mənbəyə malik lövhənin qızdırılmasının əks əlaqəli idarə edilməsinə yanaşma haqqında” mövzularında məruzələri dinlənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]