Azərbaycanlı gimnast və baş məşqçi Avropada ötən ilin ən yaxşıları seçiliblər
Bakı, 13 fevral, AZƏRTAC
Avropada 2023-cü ilin ən yaxşı gimnastı bəlli olub.
AZƏRTAC Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, bu ada batut gimnastikası və tamblinq üzrə Azərbaycan millisinin üzvü Mixail Malkin layiq görülüb.
Avropa çempionu 226 339 səs (52 faiz) toplayaraq, bütün rəqiblərini qabaqlayıb.
Azərbaycan yığmasına rəhbərlik edən Adil Hüseynzadə isə 196 735 səslə ilin məşqçisi seçilib.
Qeyd edək ki, Mixail Malkin ötən il Böyük Britaniyanın Birmingem şəhərində keçirilmiş batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb. Adil Hüseynzadənin başçılıq etdiyi yığma da həmin turnirdə dünya çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:30]
Beynəlxalq səyyahlar Şuşada
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO
- 08.10.2026 [11:50]
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]