Azərbaycanlı hakim “Hapoel”-“Valero” oyununa təyinat alıb
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycanlı hakim Fuad Ağayev qadın voleybol komandaları arasında Çağırış kuboku yarışlarına təyinat alıb.
AZƏRTAC Avropa Voleybol Konfederasiyasına istinadla xəbər verir ki, təmsilçimiz turnirin dörddəbir final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Hapoel” (İsrail)-“Valero” (İsveçrə) qarşılaşmasında ikinci hakim funksiyasını yerinə yetirəcək. Görüşün baş hakimi belçikalı Paul Herbots olacaq.
Oyun fevralın 14-də İsrailin Kfar Saba şəhərindəki “Green Hall” Arenada keçiriləcək.
Qeyd edək ki, komandalar arasında İsveçrədə təşkil olunan ilk oyunda “Valero” qələbə qazanıb - 3:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]