AZƏRBAYCANLI MÜĞƏNNİ “MİSS SİVİLİZASİYA” MÜSABİQƏSİNİN MÜNSİFLƏR HEYƏTİNƏ DAXİL EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 5-dən 13-dək İstanbulda keçiriləcək “Miss Civilization of The World” (“Miss sivilizasiya”) gözəllik müsabiqəsində azərbaycanlı model Nərmin də iştirak edəcəkdir.
“Azeri Star production” şirkətinin rəhbəri, müsabiqənin prodüseri Kamal Cenk İçten bildirmişdir ki, Nərminin namizədliyini müsabiqənin prezidenti Sübhi Özgermi və “Renesans” firmasının rəhbəri Ayxan İşıqlı təsdiq etmişdir. Yeri gəlmişkən, Nərminin bu müsabiqədə iştirak etməsi həmin tədbirlə bağlı yeganə təzə xəbər deyil. Müsabiqənin münsiflər heyətinə moda aləmini təmsil edən Əli Şeyen, Hincal Uluc, Sezen Cümhur Onal və populyar türk müğənnisi Emel Sayın ilə yanaşı, azərbaycanlı müğənni Röya Ayxan da daxil edilmişdir.
Müsabiqənin finalında nəzərdə tutulan konsertdə Türkiyə estrada ulduzları ilə yanaşı, Röya da yeni mahnıları ilə çıxış edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:35]
Elçinin "Cəhənnəm sakinləri" əsəri yeni səhnə yozumunda nümayiş etdirilib
- 16.06.2026 [15:27]
CENL-nin növbəti illik iclası yekunlaşıb
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]