AZƏRBAYCANLI TƏLƏBƏ İNDONEZİYADA RADİO ELTİRA FM-İN QONAĞI OLMUŞDUR
Ölkəmizin İndoneziya və eyni zamanda Filippindəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, İndoneziya Xarici İşlər Nazirliyinin “2008-ci il İndoneziya İncəsənəti və Mədəniyyəti Təqaüdü” proqramı çərçivəsində 3 aylıq kursda iştirak edən Azərbaycan Dillər Universiteti beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Elmar İsgəndərov sentyabrın 17-də bu ölkədə geniş dinləyici auditoriyasına malik Radio Eltira FM-in proqramının xüsusi qonağı olmuşdur.
E.İsgəndərov Azərbaycanın coğrafi mövqeyi, əhalisi, dövlət dili, iqtisadi inkişafı, ölkədə din və etiqad azadlığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermiş, dinləyicilərin çoxsaylı suallarını cavablandırmışdır. O, Azərbaycan-İndoneziya əlaqələrinin yüksək sürətlə inkişaf etdiyini, buna misal olaraq İndoneziyanın xarici işlər naziri Həsən Virayudanın bu ilin mayında ölkəmizə rəsmi səfərini göstərmişdir.
E.İsgəndərov İndoneziyanın davamlı olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, yuxarıda adıçəkilən kursda Azərbaycan Dillər Universitetinin tələbələri Günel Bayramova və Ülkər Qafarlı da iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]