AZERCELL UDUŞ KAMPANİYASININ NÖVBƏTİ MƏRHƏLƏSİNƏ YEKUN VURMUŞDUR
Azercell Telekom Birgə Müəssisəsi “LotoMesaj” kampaniyasının 6-cı tirajına yekun vurmuşdur. Müəssisənin mətbuat xidmətindən AZƏRTAC-a bildrimişlər ki, daha 225 nəfər abonent müxtəlif məbləğdə pul uduşlarının sahibi olmuşdur. Uduşda bir həftə ərzində SMS və MMS göndərən Azercell fakturalı xətt, SimSim və GəncSim abonentlərinin nömrələri oynanılmışdır. Nəticədə SMS göndərən 2 abonentin hər biri 10 milyon manat, 20 abonentin hər biri 2 milyon manat, 200 abonentin hər biri 200 min manat, MMS göndərən 3 abonentin isə hər biri 3 milyon manat qazanmışdır.
Kampaniya ilin sonunadək davam edəcəkdir.