AZERCELLİN TƏŞKİLATÇILIĞI İLƏ KEÇİRİLƏN ŞEİR MUSABİQƏSİ DAVAM EDİR
Azercell Telecom Birgə Müəssisəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə uşaqlar arasında keçirdiyi “DE! Dildən-dilə, eldən-elə” şeir müsabiqəsində iştirakçıların rahatlığını təmin etmək üçün daha bir addım atmışdır.
Müəssisənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqədə iştirak etmək istəyən uşaqlar öz yaradıcılıq nümunələrini yalnız Azercellin Bakıdakı ekspres ofislərindəki qutulara deyil, həm də respublikanın 19 müxtəlif bölgələrindəki 64 uşaq evi və internat məktəblərində yerləşdirilmiş xüsusi qutulara da ata biləcəklər. Bundan məqsəd paytaxtda olduğu kimi, bütün bölgələrdə istedadlı uşaqları üzə çıxarmaq, onların bacarıqlarını nümayiş etdirməkdir.
Müsabiqə dekabrın 25-dək davam edəcək və qaliblər gələn il yanvarın 7-də Azercellin təşkilatçılığı ilə hazırlanmış xüsusi bayram tədbirində müəyyənləşdiriləcəkdir. Qaliblərə hədiyyələr veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]
Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir
- 05.10.2026 [16:51]
“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır
- 05.10.2026 [16:46]