“AZƏRDƏMİRYOLBANK”IN AKTİVLƏRİNİN MƏBLƏĞİ 9 AYDA 42,8 FAİZ ARTMIŞDIR
Aktivlərin 131,5 milyard manatını kredit portfeli təşkil etmişdir ki, bu da ilin əvvəlinə nisbətən 48,9 milyard manat artım deməkdir.
Bu günədək “AzərDəmiryolBank” tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə 30,7 milyard manat, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və Almaniya-Azərbaycan Fondunun (AAF) xətti ilə isə 2059,0 min ABŞ dolları məbləğində kreditlər verilmişdir.
Müştərilərin depozitləri 9 ay ərzində 13,5 milyard manat artaraq oktyabrın 1-i vəziyyətinə 67,9 milyard manat təşkil etmişdir.
Ümumi depozitlərin tərkibində fiziki şəxslərin müddətli depozitlərinin məbləği ilin əvvəlinə nisbətən 9,4 milyard manat artaraq 59,1 milyard manat olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:13]
Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir
- 06.10.2026 [14:02]
Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq
- 06.10.2026 [13:41]