“Azəri-Mərkəzi-Şərqi” platformasından hasilat quyusunu qazılmasına oktyabrda başlana bilər
Bakı, 13 sentyabr, AZƏRTAC
“Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasından ilk hasilat quyusunu qazılmasına bu ilin oktyabrında başlanıla bilər.
AZƏRTAC xəbər verir ki, bunu Energetika Nazirliyinin Səngəçal terminalına təşkil etdiyi mediatur çərçivəsində "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bildirib.
O qeyd edib ki, yeni platformanın üst tikililərin dənizdə layihə sahəsində montajı davam etdirilir.
Xatırladaq ki, 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]