“AZƏRİQAZBANK”IN SUMQAYITDA FİLİALI AÇILMIŞDIR
Şəhərdə fəaliyyət göstərən 10 bankla yanaşı, “Azəriqaz” da, 15-20 saniyə ərzində dünyanın bütün ölkələri ilə maliyyə əməliyyatları aparmaqla xidmət göstərməyə hazırdır.
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev filialın açılış mərasimində demişdir ki, Sumqayıt respublikanın belə geniş bank şəbəkəsi olan ikinci şəhəridir. Bu isə şəhərdə sahibkarlar tərəfindən yaradılmış böyük sənaye və maliyyə potensialının olmasından xəbər verir. O, əmin olduğunu bildirmişdir ki, banklar sağlam rəqabət şəraitində şəhərdə kiçik və orta biznesin inkişafına kömək edəcəklər. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə diqqətin artırılması sahəsində qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi işinə real kömək olacaqdır.