İQTİSADİYYAT
“Azəristiliktəchizat” ASC və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə olunub

Bakı, 19 sentyabr, AZƏRTAC
“Azəristiliktəchizat” ASC-də Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Asiya İnkişaf Bankının energetika sahəsi üzrə mütəxəssisləri Cohannes Voqel və Nana Qurqenidze istilik təchizatı sahəsində səmərəliliyin artırılması məqsədi ilə təmsil etdikləri qurumun müxtəlif ölkələrdə həyata keçirdikləri layihələr barədə məlumat veriblər.
Nana Qurqenidze Asiya İnkişaf Bankı tərəfindən Qazaxıstanın 4 şəhərində həyata keçirilən layihələrə dair təqdimatı görüş iştirakçılarının nəzərinə çatdırıb.
“Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev qurumda həyata keçirilən islahatlar, mövcud imkanlar və nəzərdə tutulan işlər barədə məlumat verib.
Tərəflər birgə əməkdaşlıq fəaliyyəti üçün nəzərdə tutulan istiqamətlər üzrə müzakirələrin davam etdirilməsi və texniki tapşırıq layihəsinin hazırlanmasına dair razılığa gəliblər.