“Azərreyl”in baş məşqçisi: Rəqibləri ciddi qəbul etməsək, problemlərlə qarşılaşacağıq
Bakı, 6 yanvar, AZƏRTAC
“İstirahətə yollanan oyunçular komandaya qoşulub və tam tərkibdə mövsümün ikinci yarısına hazırlaşırıq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun baş məşqçisi Cengiz Akarçeşmə deyib.
Türkiyəli mütəxəssis ölkə çempionatında çıxış edən komandaların ciddi rəqiblər olduğunu bildirib: "Voleybolda kağız üzərində hansı komandanın güclü olduğunu demək aldadıcı ola bilər. Məsələn, UNEC kollektivi gənclərdən qurulub və onların hədəfi Azərbaycan millisi üçün yeni oyunçular yetişdirməkdir. Lakin biz bu komandanı da digərlərindən ayırmırıq. Çünki rəqibləri ciddi qəbul etməsək, problemlərlə qarşılaşacağıq. Özünüz də şahid oldunuz ki, mövsümün açılış matçında "Abşeron" bizi məğlub etsə də, "Murov Az Terminal"a uduzdu.
"Azərreyl"in hazırkı vəziyyətindən söz açan çalışdırıcı deyib: "Bütün komandalarda olduğu kimi, bizdə də bəzi əskiklik var. Bunun üzərində çalışırıq, oyunçularımdan məmnunam".
"Azərreyl"in hər zaman çempionluq mübarizəsi aparan komanda olduğu deyən C.Akarçeşmə əlavə edib: "Bu komandanın hədəfi hər zaman qızıl medallar olacaq. Bu il də çempion olub Azərbaycanı avrokuboklarda yaxşı təmsil etmək istəyirik. Bunun üçün də güclü kollektiv qurmalıyıq. Məqsəd voleybolu inkişaf etdirməkdir".
O, hazırda hansısa voleybolçu ilə maraqlanmadıqlarını söyləyib: "Qışda kollektivdə ayrılıq olmadı. Əgər bizə uyğun oyunçu olarsa, transfer edə bilərik".
Qeyd edək ki, "dəmiryolçular" 7 turdan sonra 18 xalla turnir cədvəlinin lideridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]