“Azərsu” tərəfindən keçirilən monitorinqlər zamanı 340 ünvanda qüsurlar aşkarlanıb
Bakı, 26 may, AZƏRTAC
Yoxlamalar zamanı 19 kənar xətt, şəbəkəyə 74 qanunsuz qoşulma halları aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bunu “Azərsu” ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəis müavini Cabbar Cabbarlı brifinqdə deyib.
Onun sözlərinə görə, “Azərsu” tərəfindən keçirilən monitorinqlər zamanı 340 ünvanda qüsurlar və qanunsuzluqlar aşkar olunub.
Rəis müavini əlavə edib ki, qanunsuz qoşulma halları daha çox Abşeron, Suraxanı, Sabunçu rayonlarında qeydə alınıb. Bundan başqa, yoxlama zamanı 47 ünvanda sayğacın ayrılması, 78 ünvanda isə sayğacın işləməməsi məlum olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:24]
Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb
- 11.06.2026 [16:18]
Bakı metrosu yay qrafikinə keçib
- 11.06.2026 [16:13]
İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür
- 11.06.2026 [16:13]
Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib
- 11.06.2026 [14:34]