Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərxalça”nın Tovuz filialında iki yüzədək xalça toxunub

Bakı, 1 fevral, AZƏRTAC

Azərbaycanın qərb bölgəsi xalçaçılıq sənətinin geniş yayıldığı bölgələrdəndir. Bu ərazidə tarixən Qazax-Borçalı və Gəncə qruplarına aid xalçalar toxunub. Qazax-Borçalı qrupuna aid xalçalar müxtəlif göstəricilərinə - rəng, sıxlıq, çeşni və bəzək elementlərinə görə fərqlənir. Azərbaycanın Qazax-Borçalı xalça qrupuna Qazax, Ağstafa, Tovuz rayonları, hazırda Gürcüstan ərazisində qalan qədim Azərbaycan torpaqları- Borçalı-Qarayazı daxildir.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin ölkəmizin qərb bölgəsində yaratdığı, əsasən, Qazax-Borçalı qrupu Azərbaycan xalçalarının toxunduğu filiallarından biri də Tovuz rayonunda fəaliyət göstərir. Bu filialın toxucularının əksəriyyəti Düz Cırdaxan, Dönük Qırıqlı, Qovlar, Aşağı Mülkülü, Əlibəyli, Xatınlı, Aşağı Öysüzlü kəndlərinin və Tovuz şəhərinin sakinləridir.

Tovuzda xalça istehsalı emalatxanasının yaradılması həm qadınların işlə təmin olunması, həm də qədim sənətimizin yaşadılaraq gələcək nəsillərə ötürülməsi baxımından olduqca əhəmiyyətli hadisədir. Filialda çalışan toxucular “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında öz bilik və bacarıqlarını təkmilləşdiriblər. Filial fəaliyyət göstərdiyi dövrdə burada Qazax-Borçalı qrupuna aid qədim xalçaların çeşniləri əsasında yeni xalılar toxunub. Vaxtilə bu ərazidə toxunan “Daş Salahlı”, “Şıxlı”, “Öysüzlü”, “Dağ Kəsəmən”, “Qaraçöp” kimi zəngin və heyranedici naxışlı xalçalara “Azərxalça”nın xalçaçı-rəssamları tərəfindən hazırlanan çeşnilər əsasında toxucularımız yeni həyat veriblər, onları yenidən toxuyublar. Bu, tarixə, ənənəyə qayıdışdır, milli dəyərləri yaşatmaqdır. Buna dövlətimizin xalçaçılıq sənətinə göstərdiyi böyük diqqət və qayğı sayəsində nail oluruq.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuzda xalça emalatxanasının yaradılması rayonda yaşayan bütün toxucuların hədsiz sevincinə səbəb olub. Qeyd olunub ki, emalatxanada 90-dək toxucu çalışır. Bu, 90 ailənin rifah halının yaxşılaşdırılması deməkdir. Filialda toxucular üçün müasir iş şəraiti yaradılıb. Gözəl, işıqlı emalatxana binamız, işə gəlib-getmək üçün nəqliyyat vasitəmiz var. Biz əvvəllər evlərimizdə xalça toxumaqla məşğul olmuşuq. Ancaq xalça toxumaq üçün evdə bu şəraiti yaratmaq mümkün deyil. Üstəlik toxuduğumuz xalçanı satmağa bazar da tapa bilmirdik. Ona görə də insanların xalça toxumağa marağı azalmışdı. Bu sənət artıq unudulmaqda idi. Rayonumuzda xalça emalatxanasının yaradılması həm xalçaçılığın yaşadılmasına, həm də toxucu qadınların işlə təmin olunmasına imkan verib”, - deyə filialın toxucusu Nazilə Həsənova söyləyib. O, bildirib ki, bütün bunlara görə dövlətimizə nə qədər minnətdarlıq etsək, yenə də azdır.

Gənc toxucu Rümayyə Ağabalayeva xalça toxumağı evdə anasından öyrənib, “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kursunda bilik və bacarığını təkmilləşdirib. Deyir ki, xalça toxumağı bacarsa da, onun bir iş yeri kimi perspektivli olmadığını nəzərə alaraq, başqa sahədə çalışmağa qərar verib. “Azərxalça”nın Tovuz filialının açılması onun planlarını tamamilə dəyişdirib. İndi o, sevdiyi sənətlə bir iş yerində, müasir emalatxana binasında məşğul olur, əməkhaqqı alır, ailəsinə dəstək verir.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin digər filialları kimi, Tovuzdakı xalça istehsalı emalatxanasında da sağlamlığı xalça toxumağa imkan verən məhdud fiziki imkanlı insanlar işlə təmin olunub.

Eşitmə qüsuru olan və danışa bilməyən Tovuzun Aşağı Quşçu kənd sakini Sadəgül Məmmədova “Azərxalça” tərəfindən təşkil olunan kursda iştirak edərək toxuculuğun sirlərinə daha dərindən yiyələnib.

Sadəgül Məmmədova Tovuzda fəaliyyət göstərən xalça istehsalı emalatxanasındakı işindən çox razıdır və buna görə dövlətimizə minnətdardır.

O, danışa bilmir, eşitmir, hisslərini, demək istədiklərini xalçalara köçürür. Toxucu yoldaşları deyir ki, o, bu işlə məşğul olmağa, emalatxanada çalışmağa başlayandan sonra özünə inamı artıb. Sadəgül indi gələcəyə daha nikbin baxır.

“Azərxalça”nın Tovuz filialı öz fəaliyyətini günü-gündən genişləndirir. Burada çalışmaq istəyən toxucuların sayı hər gün artır. Toxucular gözəl və keyfiyyətli xalçalar ərsəyə gətirirlər. Fəaliyyət göstərdiyi dövrdə bu emalatxanada 700 kvadratmetrdən çox 180 xalça toxunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir