Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azexport” yeni satış texnologiyaları istifadə edir

“Azexport” yeni satış texnologiyaları istifadə edir

Bakı, 7 iyul, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport.az" portalı tam olaraq onlayn fəaliyyət göstərdiyindən pandemiya dövründə də fəaliyyətini davam etdirir. Dünyada sərt karantin rejiminin tətbiq olunması müəyyən qədər sənaye və istehsal sahələrinin fəaliyyətində durğunluq yaratdı. Bu isə pandemiya dövründən portala sənaye məhsullarına daxil olan sifarişlərdə azalmalarla müşahidə olundu. Lakin bu müddət ərzində "Azexport.az" portalına daxil olan ixrac sifarişlərini təhlil etdikdə kənd təsərrüfatı və qida məhsullarına tələbatın artığını görə bilirik. Həmçinin portala Avropa ölkələrindən də gündəlik qida məhsullarına dair daha çox ixrac sifarişi daxil olduğunu qeyd etmək mümkündür.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport.az" portalının meneceri Ayxan Qədəşovun "Azexport" yeni satış texnologiyaları barədə müsahibəsini təqdim edir.

Pandemiya dövründə portala daha çox hansı məhsullara sifarişlər artıb?

- Pandemiya dövründə “Azexport.az” internet portalına daxil olan sifarişlər sırasında əsasən kənd təsərrüfatı və gündəlik tələbat məhsulları önə çıxıb. Buraya kartof, pomidor, toyuq əti, toyuq yumurtası, pambıq, pambıq yağı, nar şirəsi, qənnadı məhsulları daxildir. Bununla yanaşı, pandemiya dövründə portala daxil olan sifarişlər arasında xalq təbabətində geniş istifadə olunan soğan, zəncəfil, sarımsaq, sarıkök və bu kimi digər məhsullara da sifarişlər mövcuddur. May ayının ikinci yarısından etibarən dünyada karantin qaydalarının yumşaldılması prosesinə start veriləndən sonra portala daxil olan ixrac sifarişlərində də kənd təsərrüfatı məhsulları ilə yanaşı, metal konstruksiyalar, uşaq bezi, tikinti məhsulları və tütün kimi digər məhsullara da sifarişlərdə artım müşahidə olunmağa başlanılıb.

Portala daha çox hansı ölkələrdən sifarişlər daxil olur?

-"Azexport.az" portalı dünyanın 15-dək beynəlxalq elektron ticarət platformasına inteqrasiya olunub. İnteqrasiya olunan platformalarda yerləşdirilən Azərbaycan məhsulları hər gün dünyanın istənilən nöqtəsində nümayiş olunur. Bu baxımdan portalın fəaliyyətə başladığı gündən etibarən ənənəvi olan ölkələrlə yanaşı, yeni ölkələrdən də sifarişlər daxil olmağa başlayıb. Yeni ölkələr sırasına Səudiyyə Ərəbistanı, Hindistan, Qətər, Flippin, Dominikan və digər Amerika qitəsi və bir sıra Avropa ölkələrini aid edə bilərik. Təbii ki, bu ölkələr hazırda Azərbaycan bazarını öyrənirlər və zaman keçdikcə ölkələrlə ticarət əlaqələri daha da genişlənir, artıq həmin ölkələrdən yeni idxalçılar da Azərbaycan mallarına maraq göstərməyə başlayır. Hətta həmin ölkələrə qonşu olan ölkələrdən də sifarişlər daxil olmağa başlayır. Məsələn, ötən illərdə İsrailin ən böyük biyan kökü idxalçısı olan “Licorice Group” şirkəti Azərbaycana dəvət olundu, ölkəmizdə biyan emalı ilə məşğul olan şirkət nümayəndələrinin görüşü təşkil edildi. Artıq Azərbaycandan biyan kökü məhsulu İsrailə uğurla ixrac olunur, həmçinin İsrailin digər biyan kökü idxalçıları da Azərbaycan malı almaq üçün Azexporta müraciət edib.

- Əksər dünya ölkələrində çatdırılma zamanı təmasın minimuma endirilməsi tətbiq olunur. Azərbaycanda bununla bağlı vəziyyət necədir?

- “Təmassız çatdırılma” xidmətinə pandemiya dövrünün başlaması ilə daha sıx rast gəlindi. “Azexport.az” internet portalının əməkdaşlıq etdiyi “Amazon” elektron ticarət platforması bu xidmətinin bir qədər fərqli formatından artıq bir neçə ildir ki, istifadə edir. Belə ki, “Amazon”dan sifariş olunan məhsulun çatdırılması zamanı sifarişçi evdə olmadıqda məhsul qapının önünə qoyulur. Kuryer məhsulun qapı qarşısında fotoşəkilini çəkərək sifarişin çatdırılmasının yekunlaşdığını rəsmiləşdirir. Bundan sonra məhsulun təhlükəsizliyi tam olaraq sifarişçinin öhdəliyinə keçir. Məhsulun qapı qarşısında yerləşdirilməsi və öhdəliyin kuryerdən sifarişçiyə keçməsi mexanizmi məhsul sifarişi zamanı öncədən elektron olaraq imzalanan müqaviləyə əsasən tənzimlənir. Bəzən bu formada çatdırılan məhsulların qapı qarşısından digər şəxslər tərəfindən oğurlanması halları da baş verir. Belə halların baş verməməsi üçün “Amazon” elektron ticarət platformasının daimi istifadəçiləri tərəfindən kuryerə xüsusi mobil tətbiq vasitəsi ilə rəqəmsal açar təqdim olunur. Təqdim olunan açar qapıya yerləşdirilən xüsusi qurğuya daxil olunaraq qapı açılır və sifariş olunan məhsul dəhlizə qoyulur. Təhlükəsizliyin və yarana biləcək mübahisələrin minimuma endirilməsi məqsədilə çatdırılma prosesi video formatında qeydə alınır. Göründüyü kimi, “Amazon” elektron ticarət platformasının təmassız çatdırılma xidmətinin həyata keçirilməsi üçün texniki bazası və təcrübəsi illər əvvəldən mövcud olub. Bu səbəbdən də platformanın pandemiya dövründən qoyulan yeni tələblərə inteqrasiya etməsi uzun müddət çəkmədi.

Hazırda "Amazon"la yanaşı, digər şirkətlərdə çatdırılma zamanı kuryer-sifarişçi əlaqələrinin minimuma endirilməsi məqsədilə yeni mexanizmlər istifadə edir. Rusiyanın və Türkiyənin əksər şirkətləri çatdırılma zamanı sifarişin qəbul olunmasına dair sənədin imzalanması tələbini aradan qaldırıb. Artıq çatdırılma prosesi fotoşəkil və ya video olaraq qeydiyyata alınmaqla rəsmiləşdirilir.

Təmassız çatdırılma sahəsinin ölkəmizdə daha da inkişafı və daima yeni mexanizmlərin tətbiqi daha çox bu sahədə işləyən şirkətlərin marağındadır. "Azexport.az" internet portalı özü birbaşa olaraq məhsulun çatdırılması ilə məşğul deyil. Portal alıcı və satıcı arasında əlaqələrin qurulması üçün açıq platforma rolunu oynayır. Sifariş olunan məhsullar əsasən portalla əməkdaşlıq edən şirkətlərin seçdiyi daşıma şirkətləri tərəfindən çatdırılır. Hazırda ölkəmizdə təmassız çatdırılma xidmətini təklif edən bir neçə şirkət mövcuddur. Sahənin inkişafına mane olan başlıca məqamlardan biri çatdırılmanın rəsmiləşdirilməsi üçün alıcının imzasının tələb olunmasıdır. Bu problemi sifariş zamanı alıcı və satıcı arasında imzalanan rəqəmsal müqavilə və ya sifarişin çatdırılması anının video və ya fotoşəkillə qeydə alınması ilə həll etmək mümkündür.

"Azexport.az" portalı sahibkarların yeni satış texnologiyalarına adaptasiyasına hansı formada dəstək olur?

- Portal fəaliyyət müddəti ərzində sahibkarların istehsalatda, idarəetmədə və satışda müasir həll yollarının tətbiq olunması dair müxtəlif təlim və seminarlar təşkil edir. Bu məqsədlə 2017-ci il yanvarın 1-dən bu il yanvarın 31-dək ümumilikdə 4000-dək hüquqi və fiziki şəxsin iştirakı ilə 60-dan çox təlim və seminar təşkil olunub. Təlimlərdə sahibkarlara beynəlxalq elektron ticarət platformalarının imkanlarından istifadə, rəqəmsal reklam strategiyası, logistika, elektron ticarətdə gömrük əməliyyatları, elektron ticarət üçün tələb olunan müvafiq sənədləşmə və prosedurların aparılması, beynəlxalq ticarət hüququ və standartlar, texniki tənzimləmə və digər zəruri məlumatlar təqdim olunub. Bununla yanaşı, kiçik və orta sahibkarlara İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan “Azerp.az” portalının mühasibat uçotu, HR menecmenti, istehsalın idarə edilməsi, multi kanal satışlar, satınalmalar, “e-commerce”, anbar idarəetmə, layihə idarəedilməsi, nəqliyyat parkının idarə edilməsi və “CRM” kimi müxtəlif sistemlərin iş prinsiplərinə dair praktik bilik və bacarıqlar tədris olunub.

Pandemiya dövrünün başlaması bu fəaliyyətin davam etdirilməsinə çətinlik yaratmadı. Əksinə, rəqəmsal texnologiyalardan istifadə etməklə ölkənin müxtəlif bölgələrindən olan daha geniş auditoriyanın virtual məkanda toplanması üçün əlavə stimul oldu. Belə ki, "Azexport.az" internet portalı və Lənkəran Şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə rayon ərazisində sahibkarlıq subyektləri əməkdaşlarının, fermerlərin və gənclərin iştirakı ilə pandemiya dövründə müasir rəqəmsal həll yolları vasitəsilə özünüməşğulluğun təmin olunmasına dair praktik bilik və bacarıqları əhatə edən onlayn seminar təşkil edilib.

Həmçinin COVID-19 pandemiyasının fonunda elektron ticarət sahəsinə olan marağın artmasını və karantin qaydalarının tətbiq olunmasını nəzərə alaraq "Azexport.az" internet portalı, “Worldef Business School” və “Worldef” şirkətinin Azərbaycan üzrə ölkə təmsilçisi, “My Broker” gömrük təmsilçiliyi ilə birgə 30 aprel - 19 may tarixlərində “Distant Amazon və Elektron Ticarət Təlimi” layihəsini həyata keçirdi. Təlimdə iştirakçılara “Amazon” elektron ticarət portalında hesabın açılması, yüksək satış göstəricilərinə malik məhsulların müəyyən olunma mexanizmi, beynəlxalq elektron ticarət platformaları vasitəsi ilə etibarlı məhsul təchizatçılarının tapılması, məhsulların “Amazon” anbarlarına göndərilməsi, məhsulların “Amazon” platformasında düzgün siyahılanması və digər zəruri məlumatlar tədris olundu. Ümumilikdə 7 gün davam edən və “Zoom” tətbiqi vasitəsi ilə onlayn olaraq həyata keçirilən təlimlərdə 168 nəfər iştirak etmişdir. Təlimdə 80 faizdən yuxarı iştirak göstəricisi olan 30-dan artıq şəxsə üzərində xüsusi qorunma nişanı olan “QR kod”la elektron sertifikat təqdim olunub.

Portal bu istiqamətdə olan fəaliyyətini hazırda da davam etdirməkdədir. Belə ki, hazırda mərkəzi ofisi Cenevrədə yerləşən “International Trade Center” (ITC) ilə birlikdə “Ticarətə Hazır” layihəsi həyata keçirilir. Layihə iki hissədən ibarətdir. Birinci hissədə beynəlxalq elektron ödənişlər, “wordPress/WooCommerce” tətbiqi vasitəsilə elektron ticarət saytının qurulması, Amerika və Avropa ölkələrində elektron ticarətlə məşğul olmaq üçün şirkət qeydiyyatı, "Amazon" elektron ticarət platformasında açılan hesabın aktiv saxlanılmasına dair həll yolları ikinci hissədə isə, elektron ticarətdə loqistika imkanlarından istifadəyə dair mövzular praktik tədris ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib