Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azexport.az” portalı – “Made in Azerbaijan” brendinin xaricə açılan pəncərəsi

Bakı, 31 oktyabr, AZƏRTAC

Üç ildir yaradılan “Azexport.az” portalı Azərbaycan istehsalı olan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi ilə təşviqinə dəstək verir, ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün ixracatçı sahibkarlara nəqliyyat, logistika, ödəniş və sertifikatlaşdırma sahəsində dövlət dəstəyi göstərir. Bu vaxtadək “Azexport.az”a 136 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1,4 milyard dollar olub. AZƏRTAC “Azexport.az” portalının üstünlükləri ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) media mütəxəssisi Nərmin Rəhimlinin şərhini təqdim edir.

Ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən mühüm layihələrdən biri də Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın B2B formatında ən uğurlu milli bazarı olan “Azexport.az” portalının yaradılmasıdır. Portal Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu portal Azərbaycan istehsalı olan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi ilə təşviqinə dəstək verir. Ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün “Azexport” portalı ixracatçı sahibkarlara nəqliyyat, logistika, ödəniş və sertifikatlaşdırma sahəsində dövlət dəstəyi göstərir. Portal yerli məhsullar haqqında məlumatların təqdim edilməsi, onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformadır.

Prezident İlham Əliyev “Azexport” portalı ilə bağlı çıxışında qeyd edib ki, portalın yaradılması ilə “Made in Azerbaijan” brendi dünyada təbliğ olunur, qeyri-neft sektoru inkişaf edir. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, yeni ixrac bazarlarına çıxış təmin edilməli, ənənəvi ixrac bazarlarına daha geniş məhsulla çıxmalıyıq.

“Azexport” portalı həm tələbin təklifi, həm də təklifin tələbi formalaşdırdığı unikal imkanlar yaradan platformadır. Belə ki, təklifin tələbi formalaşdırdığı istiqamətdə “Made in Azerbaijan” məhsullarının portala yerləşdirilməsi nəticəsində xarici bazarlarda bu məhsullar barədə daha öncə heç bir məlumatı olmayan şəxslər portal, eyni zamanda, onun inteqrasiya olunduğu platformalar vasitəsilə bu məhsullar barədə məlumat əldə edirlər və portala yeni ixrac sifarişləri daxil olur.

Tələbin təklifi formalaşdırması istiqamətində isə mövcud olan bir alət “Google Market Finder” alətidir. İstehsalçılar “Google Market Finder” vasitəsilə hansı ölkələrdən hansı məhsullara daha çox axtarış verildiyini görə bilir və onlar hansı məhsulun daha ixracyönümlü olduğuna qərar verə bilir və öz fəaliyyət istiqamətini aydınlaşdırırlar.

“Azexport” portalının inteqrasiya olunduğu platformalar

“Azexport” portalı “Made in Azerbaijan” məhsullarının xarici bazarlarda elektron ticarət platformaları üzərindən təşviqinin aparılması üçün dünyanın müxtəlif istiqamətlərində fəaliyyət göstərən ən məşhur ticarət platformalarına inteqrasiya olunub. Azərbaycan istehsalı olan məhsulların dünya bazarına çıxış imkanlarını artıraraq onların satış əhatəsini genişləndirir. Belə ki, “amazon.com”, “alibaba.com”, “all.biz”, “Go4worldbusiness.com” kimi bir çox dünyanı əhatə edən və geniş auditoriyaya malik olan portallara inteqrasiya olunub.

İndiyədək “Azexport.az”a 136 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1,4 milyard dollar olub

Portal fəaliyyətə başladığı 2017-ci ilin yanvarından etibarən ölkəmizin qeyri-neft sektorunun inkişafına öz dəstəyini verir. Üçillik fəaliyyəti dövründə statistik göstəricilərə nəzər salaq. “Azexport” portalına bu vaxtadək 136-dan çox ölkədən müxtəlif (sənaye, qida, tekstil, kənd təsərrüfatı və sair) məhsullar üzrə 1 milyard 425,5 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Belə ki, portala 3 ildə daxil olan sifarişlər aşağıdakı kimidir:

• 2017-ci ildə 475 milyon dollar;

• Ötən il 514,1 milyon dollar;

• Bu ilin yanvar-sentyabr aylarında 436,4 milyon dollar.

“Azexport.az”ın digər tərəfdaşları

Azərbaycanda istehsal edilən yerli məhsulların vahid məlumat bazası olan “Azexport” portalı yerli ixracatçılara dəstək olmaq, onların məhsullarını daha yüksək qiymətə, daha geniş bazarlara çıxarmaq məqsədilə bir çox yerli və xarici qurumlarla əməkdaşlıq edir, bir sıra əməkdaşlıq haqqında memorandumlar imzalayıb.

Beynəlxalq Ticarət Mərkəzi (“International Trade Center”) və “Azexport.az” portalının birgə əməkdaşlığı ilə 20 Azərbaycan şirkətinin ixracına dəstək verilir. O cümlədən, “Şərq Tərəfdaşlığı” və “European Gateway” layihələri çərçivəsində “Azexport.az”la əməkdaşlıq aparılır.

Yaponiyanın “ROTOBO” portalı ilə “Azexport.az” arasında keçirilən görüşdə birgə əməkdaşlıq və Azərbaycan məhsullarının Yaponiya bazarına çıxarılması imkanları müzakirə olunub.

“Visa”, “Master Card” və “Azexport.az” portalının birgə əməkdaşlığı çərçivəsində portaldan istifadə zamanı endirim və güzəştlərin tətbiq olunması barədə müzakirələr aparılıb. “Visa” şirkəti ilə birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Bundan başqa, “Azexport.az” “Microsoft Azərbaycan”, İSESKO, Dünya Kiçik və Orta Sahibkarlar Forumu, Rusiyanın “QazinformService”, Polşanın “Asseco Data Sistems” və İsveçrənin “OrientSwiss” şirkətləri, ABŞ-ın Beynəlxalq Anlaşma üçün İşgüzar Şurası (BCIU), Dünya Ticarət Mərkəzləri Assosiasiyası kimi beynəlxalq qurumlarla əməkdaşlıq sazişləri imzalayıb.

“Azexport.az”, həmçinin 1000-dən çox ixracatçı sahibkara “NPC Agro”, “Azersun Holding”, “Alma consulting”, “TÜV Austria” şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində ISO, Global GAP, HACCP və digər sertifikatların verilməsi ilə bağlı maarifləndirici tədbirlər keçirib.

Portalın “VTB Bank” ilə anlaşma memorandumu əsasında başladığı əməkdaşlığın əsas məqsədi “VTB Bank” qrupun təmsil olunduğu müxtəlif ölkələrdə Azərbaycan ixracatçıları üçün yeni ixrac maliyyəsi imkanlarının təqdim edilməsidir. Birgə əməkdaşlıq nəticəsində biznes missiyalarının təşkili, “Azexport.az” portalının imkanları barədə məlumat mübadiləsi, eyni zamanda, yeni sığorta, nəqliyyat və logistika imkanları genişlənib.

Portal yerli və beynəlxalq arenada təmsil olunur

“Azexport.az” portalı Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yüzlərlə şirkətin iştirak etdiyi yerli və beynəlxalq sərgilərdə təmsil olunub. “Azexport.az” Londonda E-identiklik və Təhlükəsizlik üzrə Avropa Assosiasiyasının (EEMA) təşkil etdiyi “Məxfilik və İdentiklik: imkanlar, çağırışlar” mövzusunda beynəlxalq tədbirdə, Estoniyada keçirilmiş “Şərq Tərəfdaşlığı üzrə IV Biznes Forum”da, Kiyevdə təşkil olunan “PKI FORUM UA - 2017 IV” beynəlxalq forumda, Brüsseldə keçirilən “Rəqəmsal təhlükəsizlik və etimadın gələcəyi (The Future of Digital Security and Trust) - ISSE 2017” adlı konfransda layiqincə təmsil edilib.

Portalın təbliği istiqamətində görülən işlər bununla bitmir. “Azexport.az” Xarkovdakı fəxri konsulluqda keçirilən təqdimat zamanı bu şəhərdə yaşayan soydaşlarımıza, ABŞ-ın Corc Mason Universitetində təşkil olunan “İstehlakçı ödənişləri və elektron maliyyə akademiyası” mövzusunda tədbirdə 30-dan çox şirkətin nümayəndəsinə təqdim olunaraq funksionallıqları və əhəmiyyəti barədə geniş məlumat verilib.

“Azexport.az”ın təşkilatçılığı və səmərəli əlaqələrinin davamı olaraq Hindistanın iri yun idxalçılarından olan “NaT IN” şirkəti, İsrailin ən böyük biyan və ekstraktı idxalçısı “F&C Licorice Group” şirkətinin nümayəndələri Bakıda səfərdə olub və həmin məhsulların istehsalı ilə məşğul olan qabaqcıl yerli şirkətlərlə görüşüblər. Nəticədə yun ixracı ilə bağlı qarşılıqlı razılaşma əldə olunub.

“Azexport.az”ın sahibkarlar üçün respublika turu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanın bütün iqtisadi rayonlarına “Azexport.az” portalından istifadə və ixrac imkanlarının təşviqi ilə bağlı səfərlər təşkil edib. Ölkəmizin 9 bölgəsində keçirilən regional tədbirlərdə 1500-dən çox sahibkar iştirak edib.

Sərbəst Satış Sertifikatı

“Azexport.az”ın həyata keçirdiyi böyük layihələrdən biri də yerli sahibkarlara yeni ixrac bazarlarına çıxışı asanlaşdırmaq üçün Sərbəst Satış Sertifikatı (Free Sales Certificate) təqdim etməsidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azexport.az” internet portalı haqqında Əsasnamənin 10.3.5. bəndinə uyğun olaraq Sərbəst Satış Sertifikatının verilməsi portala həvalə edilib.

Sərbəst Satış Sertifikatı ixrac olunan malların Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyən sənəddir. Sertifikatın verilməsi Azərbaycan şirkətlərinə əvvəllər ixracı mümkün olmayan 100-dən çox ölkənin bazarlarını açıq edir. Sərbəst Satış Sertifikatının təqdim edildiyi “Gazelli Group”, “Apiaz MMC” (“Ballı” brendi), “Aznar QSC”, “Brightman MMC” (“Zira” brendi) kimi onlarla yerli şirkət bu sertifikat sayəsində öz məhsullarının Körfəz ölkələri və ABŞ bazarına ixracını reallaşdırır.

Azərbaycan MDB məkanında bu tip sertifikatı təqdim edən 3-cü ölkədir.

Portalın təşkilatçılığı ilə keçirilən təlimlər

“Azexport.az” mütəmadi olaraq yerli sahibkarlara və gələcəkdə biznes qurmaq istəyən gənclərə, tələbələrə beynəlxalq və yerli ekspertlərin iştirakı ilə təlimlər təşkil edir. Bu təlimlərin nəticəsində sahibkarlar artıq öz məhsullarını daha çevik, rəqəmsal üsullardan istifadə etməklə, rahat və təhlükəsiz ixrac imkanlarını öyrənirlər.

“Visa International” şirkəti ilə birgə təşkil edilən mərkəzi ofisi Vaşinqtonda yerləşən “Visa School of Public Policy” (VSPP) institutunun ekspertləri tərəfindən “Rəqəmsal ödənişlərin inkişafı”, “International Trade Centre” (ITC) ilə ITC-nin dəvət etdiyi xarici ekspertlər tərəfindən ötən ilin noyabrında təşkil olunan “Elektron Ticarət” və “İxrac proseduraları” mövzularında təlimlər keçirilib. Bundan başqa, “Azexport.az”ın təşəbbüsü ilə Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Texniki Universitet, Azərbaycan Universiteti, Memarlıq və İnşaat Universiteti, Turizm və Menecment universitetlərində elektron ticarətlə bağlı görüşlərdə tələbələr portalın xidmətləri ilə tanış olublar. “Azexport.az”ın təşəbbüsü ilə “Amazon”la qazan - gənclər arasında elektron ticarət alətlərindən istifadə etməklə özünəməşğulluğun artırılması” mövzusunda təlimlər keçirilib. Bu təlim proqramlarında ümumilikdə fəallığı ilə seçilən 450-dən çox tələbəyə sertifikatlar verilib.

“Azexport.az”, Dövlət Gömrük Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə sahibkarlara “Gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən güzəştlər və sadələşdirmələr” mövzusunda keçirilən onlayn təlimdən Bakıda eləcə də, ölkə regionlarında fəaliyyət göstərən 300-dən çox sahibkar yararlanıb. Onlayn təlim zamanı sahibkarlar idxal-ixrac əməliyyatları, gömrük prosedurları və bu sahədə yeniliklər barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Rəqəmsal Ticarət Qovşağı

“Azexport.az” portalının tərkib hissəsi olaraq fəaliyyət göstərən elektron dövlət-özəl əməkdaşlıq platforması olan Rəqəmsal Ticarət Qovşağı yerli və qeyri-rezident investorların ölkədə investisiya layihələrini ən rahat və təhlükəsiz şəkildə həyata keçirmələri üçün unikal imkanlar yaradan platformadır. Portal fəaliyyət sahəsini və əhatə dairəsini genişləndirməyə müvəffəq olub.

Prezident İlham Əliyevin son 3 ildə verdiyi mütəmadi dəstəyin nəticəsidir ki, “Azexport.az” sahibkarlara öz məhsullarını dünya bazarına çıxarmağa imkan yaradır və qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir. Artıq ölkədə istehsal olunan məhsulların vahid məlumat bazası formalaşıb və bu gün Azərbaycan sahibkarının “Azexport.az” vasitəsilə öz “Made in Azerbaijan” brendini 200-dən çox ölkədə tanıtmaq imkanı var. “Azexport.az”ın fəaliyyət göstərdiyi 3 il ərzində Azərbaycan məhsullarının beynəlxalq onlayn platformalarda mövcudluğu 300 dəfə artıb. Dünyanın müxtəlif ölkələrindən daxil olan məhsullar haqqında məlumatlar “Azexport.az”ı güclü bir marketinq alətinə çevirib. Hazırda əksər dünya ölkələri “Azexport.az” modelinə bənzər modellər tətbiq etməyə çalışırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO