AzMİU-nun iki magistrantının dissertasiyasına dünyaşöhrətli alim elmi rəhbərlik edəcək
Bakı, 9 oktyabr, AZƏRTAC
Türkiyənin Qazi Universitetinin Elektrik və elektronika fakültəsinin professoru, öz sahəsində dünyanın tanınmış elm adamlarından biri olan Müslüm Çengiz Taplamaçıoğlu Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, alim Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin elektrik və elektronika ixtisasında təhsil alan bakalavriat və magistratura tələbələri üçün hibrid formatda tədris aparıb. Türkiyəli professor Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının laboratoriyalarında yerinə yetirilən işlərlə yaxından tanış olub. O, kafedranın əməkdaşları ilə fikir mübadiləsi aparıb. Həmçinin kafedra ilə əlaqələrin genişləndirilməsi, doktorantlara ikili rəhbərlik, birgə beynəlxalq konfransların keçirilməsi, digər beynəlxalq layihələrdə müştərək iştirak istiqamətində razılıq əldə olunub. Eyni zamanda, iki magistrantın dissertasiyasına rəhbərlik ona həvalə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]