“AZPETROL” ŞİRKƏTİ 7 İLLİYİNİ QEYD EDİR
“Azpetrol” “Azərtrans” şirkətini yaratmış və birinci Bakı terminalını tikmişdir. 2003-cü ildə isə “Azərtrans” Səngəçal terminalını işə salmışdır. Hazırda “Azərtrans”a məxsus olan, 30 milyon ton neft vurmaq gücünə malik Bakı və Səngəçal terminalları Qazaxıstan və Türkmənistandan gətirilən neft məhsullarının 70 faizinin daşınmasını həyata keçirir.
İndi “Azərtrans”, “İlkbank”, “AəndD”, “AzEN”, “EUPEC Azərbaycan”, “SORS” kimi müəssisələr və digərləri “Azpetrol” şirkətlər qrupuna daxildir. Bütün bu müəssisələrdə 4 minədək adam işləyir.
Ötən 7 il “Azpetrol” respublikada 54 benzin və 4 qazdoldurma məntəqəsində yanacağın bazar satışının 50 faizindən çoxunu öz nəzarətinə götürə bilmişdir. Məntəqələrin bölgüsü və quraşdırılması Azərbaycanın coğrafi-iqtisadi mənafelərinə uyğun olaraq həyata keçirilir. Nəticədə hətta ən ucqar kəndlər də keyfiyyətli yanacaqla vaxtında təmin edilir.
“Azpetrol” xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olur. İndiyədək təhsil, mədəniyyət və idmana, qaçqın-köçkünlərə və şəhid ailələrinə yardım üçün 2 milyard manat sərf etmişdir.