AZPROMO İŞ ADAMLARI ÜÇÜN SEMİNAR KEÇİRMİŞDİR
AZPROMO-nun əməkdaşı Emin Zeynalov tədbirin məqsədi barədə məlumat verərək bildirmişdir ki, o, iş adamlarına ixracın artırılması və investisiyaların cəlb olunmasında yardım göstərəcək, qurumla işgüzar əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcəkdir. Emin Zeynalov, həmçinin təmsil etdiyi təşkilatın fəaliyyət istiqamətlərindən onun imkanlarından danışmışdır.
İqtisadi İnkişaf Nazirliyi regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı Katibliyinin rəhbəri Ağacan Əhmədov seminarın əhəmiyyətini vurğulamış, xüsusilə fəaliyyətə son illər başlamış müəssisələrə ixrac imkanlarını araşdırmaq və genişləndirmək istiqamətində töhfə verəcəyinə əminliyini ifadə etmişdir.
Çexiyalı ekspertlər Robert Heyzak və xanım Yana Falatova “Necə birgə müəssisə tərəfdaşı olmaq olar?”, “Avropa İttifaqı ölkələrinə ixracatçıya necə çevrilməli: təsnifatlar, standartlar və yanaşmalar” mövzularında çıxış etmişlər. Çıxışlarda birgə müəssisələrin yaradılması səbəbləri, bu müəssisələrin müsbət və mənfi cəhətləri haqqında ətraflı söz açılmış, xarici tərəfdaşların yeni bazarlara çıxmağa, yeni texnologiyalar əldə etməyə imkan verdiyi vurğulanmışdır. Natiqlər yerli şirkətlərə investisiya cəlb olunmasında AZPROMO-nun roluna xüsusi diqqət yetirmişlər.
Fondun regional layihələri üzrə meneceri Teymur Hacıyev qurumun iş adamlarına təklif etdiyi imkanlar barədə məlumat vermişdir. Bildirilmişdir ki, TACİS-in AZPROMO-ya dəstək layihəsi çərçivəsində bu cür seminarlar Lənkəranda, Gəncədə və Qubada da keçiriləcəkdir.