AZPROMO-NUN NÜMAYƏNDƏ HEYƏTİ OSLO UNİVERSİTETİNİN KOLLEKTİVİ İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycanın İsveçdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu ölkədə və Norveçdəkı səfirimiz Rafael İbrahimov və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Norveçdə səfərdə olan nümayəndə heyətinin üzvləri sentyabrın 19-da Oslo Universitetinin professor-müəllim heyəti, siyasi elmlər fakültəsinin tələbələri, NAYO (Norveç Azərbaycanlıları Gənclər Təşkilatı) və iqtisadi institutların təmsilçiləri ilə görüşmüşlər.
Səfir R.İbrahimov Cənubi Qafqazda, xüsusilə Azərbaycandakı siyasi, iqtisadi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir. AZPROMO-nun prezidenti E.Məcidov isə ölkəmizdəki iqtisadi proseslər, o cümlədən investisiya imkanlarından danışmışdır. Sonra görüş iştirakçılarının sualları cavablandırılmış, fikir mübadiləsi aparılmışdır. NAYO-nun sədri R.Əliyevin təşəbbüsü ilə iştirakçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə hazırlanmış kitablar paylanmışdır.
Sonda səfirliyin, AZPROMO nümayəndə heyətinin, Norveç Xarici İşlər Nazirliyinin əməkdaşları, Oslo Universitetinin professor-müəllim heyətinin, NAYO-nun, türk diasporunun və bir sıra ictimai təşkilatların nümayəndələri caz konsertinə baxmışlar.
Gənc pianoçu E.Məmmədov öz kompozisiyalarını və Azərbaycan caz bəstəkarlarının əsərlərini ifa etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]