“Aztelekom” İB yeni rabitə obyektlərini istifadəyə verəcəkdir
Bakı, 8 may (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi (İB) yeni rabitə obyektlərini istismara verəcəkdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, müəssisə tərəfindən Abşeron rayonunun Masazır qəsəbəsində, Bərdə rayonunun Gülgəzli və Mehdili kəndlərində, Ağdam rayonunun Bənövşələr qəsəbəsində, Qusar rayonunun Kirig kəndində yeni elektron tipli ATS-lər istifadəyə veriləcəkdir.