“Aztelekom” MMC aztəminatlı ailələrə bayram sovqatı paylayıb
Bakı, 23 may, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC daha bir sosial məsuliyyət tədbiri həyata keçirib.
AZƏRTAC xəbər verir ki, Ramazan bayramı münasibəti ilə “Aztelekom”un əməkdaşları aztəminatlı ailələrə bayram sovqatı paylayıblar.
“Aztelekom” MMC xeyirxah təşəbbüsləri gələcəkdə də davam etdirməyi nəzərdə tutur.