AzTU və “Bestcomp Group” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Bestcomp Group” şirkətində işgüzar görüş keçirib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə “Bestcomp Group”un Müşahidə şurasının sədri Rauf Həsənov şirkətin əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, şirkət biznes proseslərin avtomatlaşdırılması, şəbəkə həlləri, təhlükəsizlik infrastrukturunun qurulması, kəsintisiz enerji təminatı və soyutma sistemləri, şəbəkə kabel sistemləri, biznesin davamlılığının planlaşdırılması üzrə məhsul və xidmətlər təklif edir.
Universitetin rektoru Vilayət Vəliyev elmi-innovativ əməkdaşlığın inkişaf etdirilməsində, tələbələrin təcrübə proqramlarına, biznes layihələrin hazırlanmasına cəlb olunmasında “Bestcomp Group”kimi şirkətlərin xüsusi rolu olduğunu vurğulayıb.
Şirkətlə tanışlıq zamanı qonaqlar AzTU məzunlarından ibarət işçi heyətin real iş prosesini izləyiblər.
Sonda tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]
Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb
- 05.10.2026 [18:01]
Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir
- 05.10.2026 [17:36]
III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib
- 05.10.2026 [17:27]
“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu
- 05.10.2026 [17:16]