Babək rayonunda yeni badam bağı salınıb
Naxçıvan, 28 mart, AZƏRTAC
Muxtar respublikanın digər rayonlarında olduğu kimi, Babək rayonunda da yaşıllaşdırma tədbirləri davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, keçirilən növbəti yaşıllaşdırma aksiyasında rayonun ərazisində yerləşən Xalxal meşəsinin yaxınlığında 1 hektarlıq sahədə bağ salınıb. Burada əvvəlcədən qazılan çalalara 500 badam tingi əkilib.
Yaşıllaşdırma aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları fəal iştirak ediblər.