Badminton üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı, 16 may, AZƏRTAC
Bir nömrəli idman liseyinin zalında 15 yaşadək badmintonçular arasında Bakı birinciliyinə yekun vurulub.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğlanların şəxsi yarışında Əli Gözəlov, qızlarda isə Aysu Kərimzadə birinci olublar.
Oğlanların qoşa yarışında Əli Gözəlov-Fazil Quliyev, qızlarda Leyla Camalzadə-Aysu Kərimzadə, qarışıq qoşa kateqoriyada isə Əli Gözəlov-Leyla Camalzadə qızıl medal qazanıblar.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın qalibləri diplom və medallarla təltif ediliblər.