BAEA nümayəndə heyətinin Tehrana səfəri başlayır
Bakı, 11 avqust, AZƏRTAC
İranın xarici işlər naziri bazar günü bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktor müavini bazar ertəsi Tehrana səfər edəcək.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi Nazirlər Kabinetinin iclasından sonra IRNA agentliyinə müsahibəsində deyib: “Baş direktor Rafael Qrossinin müavini avqustun 11-də Tehrana gələcək, halbuki bizim əvvəlki kimi hər hansı bir nüvə obyektinə səfər etmək planımız yoxdur və ikitərəfli əməkdaşlığımız başlamayacaq. Əməkdaşlıq çərçivəsini müəyyən etmək üçün bazar ertəsi BAEA ilə danışıqlar aparılacaq”. O, həmçinin vurğulayıb ki, Tehranın bu sahədə Avropa ölkələri ilə təmasları davam edir. Nazirin sözlərinə görə, “avropalılar əvvəlki öhdəlikləri gündəmə gətirirlər, amma indi onlar aktual deyil və 2015-ci ildə imzalanmış saziş də öz qüvvəsini itirib”.
Bu il iyunun 25-də İran parlamenti BAEA-nı İsrail və ABŞ-la birgə Tehrana qarşı qərəzli münasibətdə ittiham edərək BMT-nin nüvə proqramı ilə əməkdaşlığı dayandıran qanun qəbul edib.
İranla 2015-ci il nüvə sazişini imzalayan avropalı ölkələr bildiriblər ki, Tehranın nüvə proqramı ilə bağlı nüvə danışıqlarına qayıtmayacağı təqdirdə BMT sanksiyalarının yenidən tətbiqi mexanizmi işə düşə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:02]
Fransada yaşlı insanların sayının artacağı gözlənilir
- 10.06.2026 [11:36]
Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb
- 10.06.2026 [11:32]
BƏT: Dünyada təqribən 138 milyon uşaq əmək istismarına məruz qalır
- 10.06.2026 [11:31]
Yəmən sahillərində silahlı şəxslər yük gəmisinə hücum edib
- 10.06.2026 [11:13]
ABŞ-nin xam neft ehtiyatları azalır
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
- 09.06.2026 [23:56]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [23:49]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:30]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:28]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [23:26]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:22]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [22:13]
Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb
- 09.06.2026 [21:51]
Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir
- 09.06.2026 [21:50]