Sumqayıtda 2 nəfər dənizdə batıb, onlardan 1-i xilas edilib, digəri ölüb
Bakı, 3 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralıda, dənizin nəzarətsiz ərazisində 2 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.
Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Murad Azad oğlu Yarıyev xilas edilib, 1 nəfərin isə meyiti (qadın cinsli) suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [18:08]
Hövsan qəsəbəsinin əsas yollarından birində ilk dəfə işıqforlar quraşdırılıb
- 03.07.2026 [18:03]
Uşaqlar rəqəmsal mühitdə qorunacaq: Sosial şəbəkələrdə yaş tələbi
- 03.07.2026 [17:51]
Astarada topdansatış anbarında istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 03.07.2026 [17:32]
Nizami rayonunda açıq ərazidə baş verən yanğın söndürülüb VİDEO
- 03.07.2026 [17:30]
Autizm Mərkəzində təhsil və reabilitasiya imkanları təqdim olunub
- 03.07.2026 [17:28]
® Uşaqlarda qaraciyərin exinokok kistası əməliyyatı VİDEO
- 03.07.2026 [16:32]