Yulian Naqelsman: Almaniya millisindən ayrılmaq asan olmadı
Bakı, 3 iyul, AZƏRTAC
Almaniya millisinin sabiq baş məşqçisi Yulian Naqelsman komandadan ayrılması ilə bağlı açıqlama verib.
AZƏRTAC xəbər verir ki, 38 yaşlı mütəxəssis qərarın onun üçün asan olmadığını bildirib.
"Dünya çempionatından kənarda qaldıqdan sonra bu məsələ üzərində çox düşündüm və yaxın ətrafımdakı insanlarla, eləcə də federasiya rəhbərliyi ilə məsləhətləşdim. Bu qərarı vermək mənim üçün asan olmadı. Əsas məqsədim həmişə komandanın uğuru olub. Belə ağır məyusluqdan sonra millinin yeni səhifə açmağa və keçmişin yükü olmadan yenidən başlamağa ehtiyacı var", - deyə o vurğulayıb.
Naqelsman ona dəstək olan hər kəsə təşəkkür edib: "Məşqçilər korpusuna, federasiyanın əməkdaşlarına və xüsusilə də birlikdə çalışdığım futbolçulara minnətdaram. Azarkeşlərimizə isə xüsusi təşəkkürümü bildirirəm. Siz hər zaman komandaya inandınız, ən çətin anlarda belə bizə güc verdiniz. Sizi məyus etdiyimiz və bu dünya çempionatında sizə yeni futbol bayramı yaşada bilmədiyimiz üçün çox üzgünəm. Siz daha yaxşısına layiq idiniz".
Qeyd edək ki, Yulian Naqelsman 2023-cü ilin sentyabrından Almaniya millisini çalışdırırdı. Komanda dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında 3:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [15:11]
Azərbaycanlı idmançı Tailandda muaytay turnirinin qalibi olub
- 03.07.2026 [14:54]
Yurgen Klopp Almaniya millisini çalışdırmağa razılıq verib
- 03.07.2026 [14:53]
“Barselona”nın qapıçısı “Ayaks”a keçib
- 03.07.2026 [14:20]
“Kəpəz”in İdarə Heyətinə yeni sədr seçilib
- 03.07.2026 [13:52]
“Zirə”nin keçmiş futbolçusu: “Torpedo” hazırda daha hazırlıqlı görünür
- 03.07.2026 [13:38]
“Mançester Siti” 16 yaşlı futbolçunu transfer edib
- 03.07.2026 [13:13]
Azərbaycan güləşçiləri Avropa çempionatında mübarizə aparacaqlar
- 03.07.2026 [12:58]
Çempionlar Liqası: “Sabah”ın oyununa 3 min bilet satılıb
- 03.07.2026 [12:31]