Akademik: “Yüksəliş”i bir müsabiqə deyil, hərəkat hesab edirəm
Bakı, 3 iyul, AZƏRTAC
Altıncı dəfədir ki, “Yüksəliş" müsabiqəsi keçirilir. Əslində, mən “Yüksəliş”i sadəcə bir müsabiqə yox, bir hərəkat hesab edirəm. Bunun özü də çox düşündürücüdür.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən deyib.
Akademik “Yüksəliş”ə bir memarlıq layihəsi kimi baxdığını qeyd edərək deyib: “Çünki millət quruculuğu çox vacib bir hadisədir ki, gərək həmişə dövlətin sabahı, millətin gələcəyi, ölkənin gələcəkdə necə yaşamasını düşünənlər həmin memarlığın fikirlərini, layihələrini daxillərində daşısınlar. Azərbaycanda millət, dövlət quruculuğu, gələcək quruculuğu istiqamətində səylər “Yüksəliş”lə başlamır. Bunun arxasında 7-8 əsrlik tarix var”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [16:44]
BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır
- 03.07.2026 [16:42]