Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İtirilmiş akkord”un axtarışında. Bəstəkar, musiqişünas və publisist Elmir Mirzəyev ilə MÜSAHİBƏ

“İtirilmiş akkord”un axtarışında. Bəstəkar, musiqişünas və publisist Elmir Mirzəyev ilə  MÜSAHİBƏ

Berlin, 3 iyul, AZƏRTAC

Bəzən bir sənətkarın yaradıcılıq yolu uşaqlıqda kəşf olunan, sonradan isə ömür boyu axtarılan rəmzi musiqi akkordu ilə başlayır. Bu gün oxucularımıza təqdim etdiyimiz müsahibənin qonağı uzun illərdir Almaniyada yaşayan tanınmış musiqişünas, bəstəkar və publisist Elmir Mirzəyevdir.

Berlin Humboldt Universitetində elmi və yaradıcı fəaliyyətini uğurla davam etdirən Elmir müəllimlə söhbətimiz təkcə bəstəkarlıq sənətindən bəhs etmir. Bu müsahibə Azərbaycan musiqi mədəniyyətinin müxtəlif dövrlərin və fərqli imperiyaların kəsişməsində formalaşan nadir tarixinə, dahi Üzeyir Hacıbəylinin fəlsəfəsinə və milli musiqi irsimizin Avropadakı təbliği məsələlərinə dərin və səmimi bir baxışdır.

AZƏRTAC müsahibəni təqdim edir.

-Elmir müəllim, bəstəkarlıq sənətinə gəlişiniz necə baş verdi? Sizi musiqi ilə peşəkar şəkildə məşğul olmağa nə həvəsləndirdi?

-Gözümü açandan evimizdə piano görmüşəm. O zamanların məşhur sovet markası olan “Belarus” pianosunda nəsə ifa etməyə çalışanda boyum hələ alətə çatmırdı. Amma çox maraqlı idi, uşaq təxəyyülü ilə düşünürdüm ki, onun dilləri və səsləri hər gün dəyişir. Klaviaturanı hər səhər sanki yenidən kəşf edir, öz sevimli akkordumu axtarıb tapırdım. İllər sonra musiqi məktəbində oxuyarkən öyrəndim ki, bu üçsəsli do#, mi və lya səslərindən ibarət lya-major sekstakkord imiş.

Uşaqlığımda bu mənim üçün maraqlı bir oyun idi, günbəgün dəyişən klaviaturada yeni səslər kəşf etmək, o akkordu yenidən tapmaq. Lakin bir səhər anladım ki, klaviatura artıq dəyişmir, pianonun dilləri və səslər əvvəlki tək qalıb. Həmin andan oyun mənasını itirdi. Bəlkə də məhz o “itmiş akkord”u yenidən tapmaq arzusu məni musiqi məktəbinə gətirdi. Əvvəl violin sinfinə qəbul olundum. Yadımdadır ki, məktəbin simli orkestrində çıxış, alətlərin harmoniyası mənə çox təsir etdi. Mən NZS qəsəbəsindəki orta məktəbdə təhsil alırdım.

Sonralar Asəf Zeynallı adına Musiqi Kollecində oxuyarkən anladım ki, artıq hansısa bir alətin məhdud sərhədləri mənim üçün kifayət deyil. Həmin “itirilmiş akkord”un izləri məni mərhum müəllimimiz Leonid Vaynşteynin bəstəkarlıq sinfinə gətirdi. Kolleci bitirəndə artıq əmin idim ki, bu sahədə davam etməliyəm. Bu yollar məni Azərbaycan Dövlət Konservatoriyasına, Fərəc Qarayevin sinfinə gətirdi. Bu yol indiyədək davam edir, çünki onun başlıca anlamı prosesin özündə, rəmzi mənada həmin o “itirilmiş akkord”un axtarışındadir.

-Uzun illərdir Almaniyada yaşayıb fəaliyyət göstərirsiniz. Berlinə köçmək qərarı necə yarandı və bu mühit yaradıcılığınıza hansı təsirləri göstərdi?

-Almaniyaya gəlişim əslində bu ölkənin mədəniyyətinə uşaqlıqdan yaranmış marağın məntiqi davamı idi. Musiqi məktəbində ilk tanış olduğumuz müəlliflər dünya klassikləri Bax, Hendel, Haydn, Motsart, Bethoven və digər dahilərdir. Məndə də maraq yaranmışdı ki, bu insanlar neçə əsr əvvəl hansı mühitdə yaşayıb-yaradıblar, bu möhtəşəm miras necə meydana gəlib? Üstəlik, onların partituralarında ənənəvi italyancadan başqa bir çox qeydlər alman dilində, bəzən spesifik alman şrifti – “Frakturschrift”də yazılırdı. Bu da məndə həmin dilə və mədəniyyətə dərin maraq yaradırdı, uşaq təxəyyülümdə canlandırırdım ki, Bax və ya Bethoven həyatda bu dildə danışıblar.

Bu ölkəyə ilk gəlişim isə 2000-ci ilin payızına təsadüf etdi. O zaman “SoNoR” müasir musiqi ansamblımızla 3 ölkədə – Almaniya, Niderland və Belçikada keçirilən “November music 2000” festivalına gəlmişdik, Essendəki məşhur Folkvanq Universitetinin böyük səhnəsində çıxış etdik. “SoNoR” 2001-ci ildə artıq Berlində “Young.Euro.Classic” festivalında, Avropanın ən məşhur səhnələrindən biri olan “Konzerthaus” zalında və daha sonra Drezdendəki Hellerau Avropa Müasir İncəsənət Mərkəzində uğurla çıxış etdi. Yeri gəlmişkən, keçən il bu kollektivin 30 illiyi tamam oldu. “SoNoR” hamımız üçün böyük məktəb idi, yarandığı 1995-ci ildən 2005-ci ilə kimi 10 illik fəaliyyətimiz dövründə Niderlanddan Monqolustana qədər uzanan bir coğrafiyada qastrollarda olduq, nüfuzlu beynəlxalq festivallarda Azərbaycanı təmsil etdik.

“SoNoR” ansamblı, Bakı, 1997
Soldan sağa: Elmir Mirzəyev (bədii rəhbər), Samir Mirzəyev (piano),
Fəridə Məmmədova (vokal), Rövşən Məmmədov (gitara), Nizami Zeynalov (klarnet).
 
Bundan sonra Almaniyaya mütəmadi yaradıcılıq səfərlərim olurdu, 2004-cü ildə Veymarda Avropa gənc bəstəkarları üçün keçirilən master-klasa qatıldım, 2006-cı ildə Ekkernförde şəhərində keçirilən festivalda “Ensemble Reflexion K” tərəfindən sifariş edilmiş “Die gestorbene Zeit des Idealismus” (“İdealizmin ölmüş zamanı”) əsərimin premyerası baş tutdu. Elə həmin il Kürtendə dahi alman bəstəkarı Karlhaynts Ştokhauzenin ustad dərslərində iştirak etdim. Daha sonra 2008-ci ildə “Young.Euro.Classic” festivalından aldığım sifarişlə yazdığım “İllumination” (“Xülya”) simfonik əsərin Konzerthausda ilk ifası oldu.

2007-2008-ci illərdə DAAD proqramı çərçivəsində Köln Ali Musiqi Məktəbinin bəstəkarlıq kafedrasının rəhbəri, professor York Höllerin assistenti kimi bir semestr fəaliyyət göstərdim. Bu, mənim üçün böyük təcrübə idi. 2010-cu ildə isə Veymar Konservatoriyasında professor Alfred von Massov ilə birlikdə elmi araşdırma (Forschungsprojekt) layihəsində çalışdım. Orada apardığım iş, zəngin arxiv materialları gələcək monoqrafiyamın ideyalarının formalaşmasında mühüm rol oynadı.

Sonra isə məni bu ölkəyə artıq əbədi bağlayacaq bir hadisə baş verdi – 2008-ci ildə Kölndə oğlum Altay dünyaya gəldi. Həmin andan etibarən Almaniya mənim üçün sadəcə peşəkar fəaliyyət və sırf yaradıcılıqla bağlı məkan deyil, həm də şəxsi həyatımın ayrılmaz hissəsinə çevrildi. Bundan sonra asan olmasa da, iki ölkə arasında yaşamağa qərar verdim, çünki yaradıcı insan üçün mühacirətin nə qədər ağır olduğunu gözəl anlayırdım.

Nəhayət 2016-cı ildə bir çox səbəblərdən bu qərarı verməli oldum, Humboldt Universitetində fəaliyyətə başladığım üçün Berlinə köçdüm. Bu şəhər mənim intensiv elmi və yaradıcılıq fəaliyyətimin mərkəzinə çevrildi.

“İllumination” (“Xülya”) simfonik əsərinin ifasından sonra
Young Euro Classic Festivalı, Konzerthaus Berlin, 14 avqust 2008-ci il.
Dirijor: Fuad İbrahimov
 

Burada çalışdığım illər ərzində çoxsaylı seminar və mühazirələr keçirmiş, Azərbaycan musiqisi və mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyət göstərmişəm. Eyni zamanda, uzun illər ərzində üzərində düşündüyüm və araşdırdığım multidisiplinar monoqrafiyamı da məhz burada tamamlayıb nəşr etdirmişəm.

-“Müasirlik və arxaiklik arasında” adlı tədqiqatınızda Azərbaycanın XX əsr musiqi mədəniyyətini üç imperiyanın təsiri kontekstində araşdırırsınız. Bu tədqiqatın əsas nəticələri və gəldiyiniz ən maraqlı qənaət hansıdır?

-Monoqrafiyada Azərbaycan musiqi mədəniyyətinin son iki əsr ərzində formalaşmasına təsir göstərən transregional amilləri araşdırmağa çalışmışam. Əsərdə başlıca diqqət bu dövrdəki coğrafi determinizmin nəticəsi olaraq fərqli geomədəni məkanlardan gələn təsirlərə – bir tərəfdən maarifçilərimizin təmsil etdiyi güclü modern meyilləri, digər tərəfdən isə mühafizəkar (arxaik) qatları qoruyub saxlamağa çalışan vektorların qarşılıqlı münasibətlərinə yönəlib.

Tədqiqatın əsas qənaətlərindən biri ondan ibarətdir ki, çağdaş Azərbaycan mədəniyyəti son iki əsr ərzində böyük imperiya və sivilizasiya məkanlarının kəsişməsində formalaşıb və yerləşdiyimiz coğrafiya burada müstəsna rol oynayıb.

Həmin dövrdə - XIX-XX əsrlərdə cəmiyyətimiz qərb modern vektoru ilə keçmiş Sovet İttifaqının timsalında təmasda olur, mədəni və sosial dəyişikliklərə məruz qalır. Bununla yanaşı, tarixən mənsub olduğumuz Şərq məkanının təsiri də fərqli formalarda davam edir. Belə çoxqatlı geomədəni vektorlar musiqidə, daha geniş götürsək, mədəniyyətdə fərqli estetik istiqamətlərin, üslubların və ən başlıcası, yeni milli identifikasiya axtarışlarının meydana gəlməsinə səbəb olur.

- Əgər belədirsə, o zaman sizcə Azərbaycan mədəniyyətini digərlərindən fərqləndirən əsas cəhətlər hansılardır?

- Bu tədqiqat zamanı gəldiyim əsas nəticələrdən biri ondan ibarətdir ki, son iki yüz ildə formalaşmış çağdaş sekulyar Azərbaycan mədəniyyəti həqiqətən nadirdir. Daha doğrusu, onu nadir edən yaranış şərtlərinin özüdür. Bəs, bu nadirlik nədən qaynaqlanır?

“Coğrafiya taledir” fikri Napoleona aid edilir və zənnimcə, Azərbaycan tarixini anlamaq üçün ən uyğun açarlardan biridir. XIX əsrin əvvəllərində Azərbaycanın bölünməsindən sonra bu məkanda xalqımızı əhatə edən üç böyük imperiyanın hər biri üçün Quzey Azərbaycan ucqar sərhəd məkanına - İran üçün ən şimal, Rusiya üçün ən cənub, Osmanlı üçün isə ən şərqdə bir əraziyə çevrildi.

Üzeyir Hacıbəylinin “Koroğlu” operasının 80 illiyinə həsr olunmuş mühazirə zamanı
Humboldt Universiteti, Berlin, 28 may 2018-ci il.
 

Bu vəziyyət paradoksal bir nəticə yaratdı. Dediyim kimi, uzun əsrlər regiondakı dominant mövqeyimizdən sonra biz heç bir imperiyanın kənarında yer tutub onlar üçün sıravi əyalət ola bilməzdik. Bu, bizim bölgədəki ənənəvi tarixi rolumuza və yerimizə əsla cavab vermirdi. Nəticədə müxtəlif siyasi, mədəni və sivilizasiya təsirlərinin kəsişməsində yerləşən bu məkan yaranmış böhran şərtləri altında yeni identifikasiyasını formalaşdırmalı və nəhayətdə özü bir subyektə çevrilməli idi. Bu proseslər əslində böyük sürətlə gedirdi. Qara Qarayev demişdi ki, “digərlərinin 100 ilə keçdiyi prosesi biz 50 ilə keçməliyik” və bu da bizim taleyimiz idi.

Əsər üzərində çalışarkən gəldiyim digər mühüm nəticə isə ondan ibarətdir ki, Azərbaycan musiqi tarixini sırf Şərq-Qərb sintezinin modeli ilə izah etmək doğru olmaz. Reallıqda burada müxtəlif geomədəni vektorların daim toqquşduğu, dialoqa girdiyi və yeni sintezlər yaratdığı daha mürəkkəb bir mənzərə mövcuddur. Məhz bu səbəbdən Azərbaycan musiqi mədəniyyəti həm modernləşmə proseslərinin, həm də kollektiv yaddaş və arxaik layların qorunmasının nadir nümunələrindən biri kimi çıxış edir.

Monoqrafiyada bu proseslərin tarixi, mədəni, sosial və geosiyasi-geomədəni kontekstləri araşdırılır, musiqi tarixi isə daha geniş sivilizasiya və məkan münasibətləri sistemində nəzəri şəkildə şərh olunur.

- Sizcə, Azərbaycan musiqisi xalqımızın formalaşmasında nə kimi rol oynayıb?

-Əminliklə deyə bilərəm ki, bizim millətləşmə prosesimizdə musiqi müstəsna rol oynayıb. A.Şopenhauer “Die Welt als Wille und Vorstellung“ (“Dünya iradə və təsəvvür kimi”) əsərində deyir ki, “Musiqi iradənin birbaşa obyektivləşməsidir”. Şübhəsiz ki, musiqi xalqın özünüdərkinin, kollektiv yaddaşının və tarixi təcrübəsinin ifadə formalarından bəlkə ən vacibidir.

“Qarayev Şifri”, bəstəkarın 100 illiyinə mühazirənin plakatı
Humboldt Universiteti, Berlin, 11 iyun 2018-ci il.
 

Məhz belə bir dövrdə Üzeyir Hacıbəyli kimi universal bir dahinin meydana çıxması mədəniyyətimiz üçün xüsusi əhəmiyyət kəsb edirdi. Onun yaradıcılığı Azərbaycan cəmiyyətinin qarşısında duran əsas vəzifəyə - milli kimliyin müasir formalarının yaradılmasına cavab verirdi. Üzeyir bəy xalq musiqisi ənənələrini, Şərq musiqi təfəkkürünü və klassik Avropa musiqi sistemini bir araya gətirərək keyfiyyətcə yeni bir musiqi modeli formalaşdırdı.

Yuxarıda qeyd etdiyim kimi, mənim üçün vacib məqam budur ki, Azərbaycan musiqi tarixini sadəcə bu təsirlərin cəmi kimi izah etmək olmaz. Azərbaycan musiqi mədəniyyətinin özünəməxsusluğu məhz müxtəlif geomədəni vektorları bir araya gətirərək yeni keyfiyyət yaratmasındadır. Üzeyir Hacıbəylinin yaradıcılığı bunun ən parlaq nümunəsidir: burada nə Şərqin, nə də Qərbin sadə təkrarını, surətini deyil, yeni bir musiqi modelinin formalaşmasını görürük.

“Les Images Accordées” konsertindən sonra bəstəkarlar və ifaçılar ilə
Sorbonna Universiteti, Paris, 01 iyun 2015-ci il.
 

- Almaniya və ümumilikdə, Avropa auditoriyasının Azərbaycan musiqisinə marağını necə qiymətləndirirsiniz? Azərbaycan musiqisinin beynəlxalq səviyyədə daha geniş tanıdılması üçün hansı addımlar atılmalıdır?

- Müstəqillik dövründə bu istiqamətdə mühüm işlər görülüb, amma əminəm ki, əsas işlər hələ qarşıdadır.

Xatirimdədir, 2018-ci ildə Berlin Humboldt Universitetində ilk dəfə Üzeyir bəyin “Koroğlu” operası haqqında mühazirə oxudum. Dinləyicilər əsərə o qədər böyük maraq göstərdilər ki, çıxışdan sonra bir neçəsi bu operaya harada baxa biləcəklərini soruşdu. Nə deyə bilərdim? Təəssüf ki, bu möhtəşəm əsər indiyədək Avropanın heç bir teatrında səhnələşdirilməyib. Bu cavabı eşidəndə təəccübləndilər, yadımdadır, hətta bir doktorant xanım, “Bəs Berlində səhnələşdirilməyəcək?” sualını verdi...

O zamandan bəri bir arzum var. Bu da “Koroğlu” operasının nə vaxtsa Berlində, “Staatsoper Unter den Linden” Teatrının səhnəsində nümayiş etdirilməsidir. İnanmaq istəyirəm ki, bir gün bu arzunu gerçəkləşdirə biləcəyik.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO