“Bahar bayramı”na həsr olunan onlayn şahmat turnirinin qalibləri müəyyənləşib
Bakı, 31 mart, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə “Bahar bayramı”na həsr olunan onlayn şahmat turniri keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, turnirdə ən yüksək nəticə göstərən Yunis Mahmudzadə, İsmayıl Süleymanlı, Aytac Kərimli ümumi hesabda ilk üçlükdə qərarlaşıblar.
Qızlar arasında Aytac Məmmədova, U-8 yaş kateqoriyasında Səfa Hümbətov, U-10 yaş kateqoriyasında Paşam Əlizadə, 12 yaşadək idmançılar arasında Məhəmməd Bağırov fərqləniblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]