“Baidu Inc.” Çinin Şençjen bölgəsində sürücüsüz avtomobil xidməti üçün lisenziya alıb
Bakı, 17 iyun, AZƏRTAC
Çinin texnologiya şirkəti “Baidu Inc.” ölkənin texnoloji mərkəzi olan Şençjenin bəzi bölgələrində sürücüsüz avtomobil xidməti üçün lisenziya alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin açıqlamasında məlumat verilib.
Şirkət bildirib ki, Şençjendə “Apollo Go” brendi altında sürücüsüz robot-taksi parkına 188 kvadratkilometr ərazi daxilində fəaliyyət göstərməyə və sərnişinlərdən gediş haqqı toplanmasına icazə veriləcək.
“Baidu” Çinin Vuhan, Çongqing və Pekin şəhərlərində də fəaliyyət göstərmək üçün lisenziya alıb. Lakin Pekində şirkətə hələlik kommersiya lisenziyası verilməyib.
Şirkət bu il 200 ədəd sürücüsüz avtomobil istehsalını planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]