BAKI-AKTAU REYSİ İLƏ UÇAN AN-140 TƏYYARƏSİ QƏZAYA UĞRAMIŞDIR
“Azərbaycan Hava Yolları” Dövlət Konsernindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 23-də terli vaxtla 22.27-də Bakı Hava Limanından havaya qalxmış və Dövlət Konserninə məxsus, Bakı-Aktau (Qazaxıstan) reysi ilə uçan AN-140 təyyarəsi qəzaya uğramışdır. Təyyarə Nardaran qəsəbəsi ərazisində, dəniz sahilində tapılmışdır. Təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olmuşdur. Azərbaycan Respublikasının səlahiyyətli təşkilatlarının nümayəndələri qəzanın baş vermə səbəblərini araşdırırlar.
Bakı Hava Limanında qaynar xətt təşkil edilmişdir. Telefonların nömrələri: 497-27-27, 497-27-00, 497-26-00.
Qəzanın başvermə səbəbləri haqqında əlavə məlumat veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]