Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə onlayn təhsilə dair beynəlxalq vebinar keçirilib

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə onlayn təhsilə dair beynəlxalq vebinar keçirilib

Bakı, 27 iyul, AZƏRTAC

Bakı Ali Neft Məktəbi (BANM), İstanbul Texniki Universiteti (İTU) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə COVID-19 pandemiyası dövründə “Onlayn təhsil və biliyin qiymətləndirilməsi: çağırışlar və imkanlar” mövzusunda vebinar keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, onlayn tədbirdə Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment İnstitutu, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Dövlət Gömrük Komitəsinin Akademiyasının rektorları, Təhsil Nazirliyinin rəhbər şəxsləri, eləcə də bir sıra ali təhsil müəssisələrinin səlahiyyətli nümayəndələri iştirak ediblər. “Zoom” platforması üzərindən təşkil olunan vebinara 200-dən çox iştirakçı qatılıb.

Tədbir iştirakçıları Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Tovuz rayonu ərazisində qəhrəmanlıqla şəhid olan əsgər və zabit heyətinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Vebinarda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, İstanbul Texniki Universitetinin rektoru Mehmet Karaca, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş katibi Eden Mamut açılış nitqi ilə çıxış ediblər.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov vebinarın distant və onlayn təhsil sahəsində mövcud olan suallara cavab axtarılması və yeni təkliflərin meydana çıxması baxımından faydalı olacağına inandığını bildirib. Qeyd edib ki, distant təhsilin yekunlarına görə verilən diplom və ya sertifikat hələlik keyfiyyətli təhsilin göstəricisi kimi qəbul olunmur. Həm təhsil verənlər, həm pedaqoji heyət daim öyrənməli, yeni texnologiyalar və tendensiyaları vaxtında tətbiq etməyi bacarmalıdırlar. “Tələbələr bizdən yüksək təhsil gözləyirlər. Buna görə də vaxtaşırı belə tədbirlər, fikir və təcrübə mübadiləsi aparılmalıdır. Bizim borcumuzdur ki, distant təhsili də ən yüksək formada təşkil edək. Bakı Ali Neft Məktəbində pandemiya dövründə qısa müddət ərzində onlayn və distant dərslərin, imtahanların uğurlu tətbiqi sayəsində təhsilin fasiləsizliyini təmin etmək mümkün oldu. Amma mövcud vəziyyət uzun sürərsə, biz yeni tədris ilindən daha mütəşəkkil qaydada distant təhsilə keçidi təmin etməliyik”, - deyə rektor qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov qeyd edib ki, pandemiya dövrü distant təhsilə yeni hüquq verib. UNEC-də distant təhsillə bağlı işlərə 2016-cı ildə başlanılıb və 2 il ərzində hazırlıq işləri aparılıb. Bu müddət ərzində 20 min tələbəyə distant təhsil verə biləcək distant təhsil mərkəzi qurulub. 2018-ci ildə istifadəyə verilən mərkəz texnoloji baxımdan universitetə geniş imkanlar yaradıb.

Ə.Muradov vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən bütün universitetlər distant təhsillə bağlı “distant təhsil keyfiyyətsiz təhsildir”, “distant təhsil heç zaman Azərbaycanda tətbiq olunmayıb”, “tədqiqat institutları bu sahədə tədqiqat aparmayıb”, “distant təhsil üzrə pedaqoji heyət yoxdur” kimi ciddi əsası olmayan miflərlə üz-üzə qaldı. Buna baxmayaraq, Azərbaycanda müəllimlərin qısa zaman ərzində texnoloji bilikləri mənimsəməsi distant təhsildə heç bir problem yaratmayıb.

“Mən deyərdim ki, distant təhsil universitetlər arasında sərhədləri aradan qaldırdı. Distant təhsilin qüsuru isə sosiallaşma ilə bağlı öz üzərinə düşən vəzifəni yerinə yetirə bilməməsidir. Distant təhsilin onlayn olmayan formaları da var. Amma biz bu haqda düşünmədik və bu, bizə ciddi problemlər yaradır. Belə ki, bu, müxtəlif vaxt qurşaqlarında yerləşən ölkələrdəki əcnəbi tələbələrin universitetlərə qəbulunu mümkünsüz edir. Distant təhsil universitetlər arasında sərhədləri aradan qaldırır və tələbələr başqa universitetlərin dərslərini rahatlıqla dinləmə imkanı əldə edirlər. Bəs belə olan halda tələbələr kütləvi olaraq yerli universitetlərdən uzaqlaşarsa, nə baş verə bilər? Əsas sual budur”, - deyə Ə.Muradov qeyd edib.

UNEC-in rektoru distant təhsilin bahalı təhsil olduğunu, bunun da ən son texnologiyaların tətbiqi, texnologiyaların və proqram təminatlarının çox sürətlə yenilənməsi ilə əlaqəli ortaya çıxdığını bildirib. O, eyni zamanda distant təhsildə virtual laboratoriyaların, dərsliklərin alınmasına, müəllimlərin mütəmadi şəkildə təlimlər keçməsinə ciddi ehtiyac olduğunu və bunun üçün də investisiya tələb olunduğunu söyləyib. Ə.Muradov çox vaxt universitetlərin bu imkana malik olmadığını da dilə gətirib.

İstanbul Texniki Universitetinin rektoru Mehmet Karaca isə çıxışında pandemiyanın ümumilikdə dünyanı dəyişdiyini, artıq bir çox dünya universitetlərinin təhsili onlayn davam etmək niyyətində olduğunu deyib: “Boston, Harvard, Kembric kimi aparıcı universitetlər bu ilin sonunadək, hətta gələn ilin əvvəlində də təhsilə onlayn davam etmək qərarını verib. Böyük ehtimalla Türkiyədə də ən pis halda bu ilin sonuna qədər onlayn təhsilə davam edəcəyik. Bir məqamı qeyd edim ki, onlayn təhsildə bəzi sahələr çox önə çıxacaq, bəzi sahələr isə ortadan qalxacaq. Belə bir radikal düşüncə var ki, valideynlər 4 illik təhsilin lazımsız olduğunu düşünməyə başlaya bilərlər. Sadəcə sertifikatlarla iş sahibi ola bilmə ehtimalı üstünlük qazana bilər”.

M.Karaca 150 illik tarixi olan İTU-nun distant təhsilə 5 il əvvəl başladığını xatırladıb. Ninova Təhsil Mərkəzinin qurulması ilə sinxron təhsilə keçidin baş verdiyini, aprelin 6-dan etibarən isə distant və onlayn təhsilə başlanıldığını, bu müddət ərzində 26 milyon tələbənin dərsləri təqib etdiyini, 1,5 milyon dəqiqə sinxron təhsil verildiyini söyləyib.

İTU-nun rektoru qeyd edib ki, internet bağlantısı problemi olan tələbələr üçün yenidən səbəb imtahanları təşkil edilib. Bundan başqa, yay məktəbinin müddəti 5 həftəyə endirilib, kredit sayı azaldılıb.

Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş katibi Eden Mamut bildirib ki, rəhbərlik etdiyi təşkilat 120 universiteti birləşdirir. Şəbəkənin üzvləri arasında Avropa İttifaqı və Avrasiya regionundan universitetlər var. Qara Dəniz Universitetləri Şəbəkəsi distant təhsildə körpü rolunu oynaya bilər: “Pandemiya dönəmində distant təhsillə bağlı çoxlu sayda belə konfranslar keçirildi. Diqqətinizə çatdırım ki, Amerika və Avropadan olan professorlar da bu gün burada deyilən problemləri ortaya qoyur. Nə qədər texnoloji inkişafa malik ölkələr olsalar da, heç bir universitet distant təhsilə tam hazır deyildi və hələ də hazır deyil. Çünki hibrid sistemi ortaya çıxır ki, bu sistemin də haradan başlayıb, haraya gedəcəyini heç kim bilmir. Buna görə də texnologiyalardan istifadə edərək yeni formalar düşünməliyik”.

Bundan başqa, Baş katib zəruri ehtiyac duyulan sahə və ixtisas üzrə Qara dəniz regional magistr proqramının yaradılmasını təklif edib.

Daha sonra İstanbul Texniki Universitetinin tədris işləri üzrə prorektoru Fuat Aydın, Elm və tədqiqat işləri üzrə prorektoru Alper Ünal, İnformasiya texnologiyaları Mərkəzinin müdiri Cüneyt Tantu məruzəçi qismində təqdimatla çıxış ediblər.

Vebinar sual-cavabla yekunlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib