BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 1 milyon 240 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4906 manat olmuşdur. Təklifin həcmi 1 milyon 240 min və tələbin həcmi 1 milyon 300 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd düşmüş və 1 dollar üçün 4907 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4909,85 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 1 milyon 961 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 9,628 milyarddır. Bir əqdə, orta hesabla, 326 833 dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
BEST-də RUR/AZM TOM aləti üzrə 1 RUR üçün 168,94 manat məzənnə ilə, ümumən, 325 min rubl məbləğində əqd bağlanmışdır.
Banklar BEST-də AVR/AZM aləti üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 44,389 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
İyulun 15-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.