BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4595 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə əqd bağlanmamışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi dəyişməmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 66 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4595 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 66 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 303 milyon 270 min manatdır. Bir əqdə orta hesabla 66 000 dollar düşmüşdür.
USD/AZM T+1, T+2 və SWAP_USD/AZM alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
RUB/AZM T+1 aləti üzrə 2 milyon 500 min rubl məbləğində bir əqd qeydə alınmışdır. Rublun məzənnəsi 159,43 manat olmuşdur.
EHBS-də banklar RUB/AZM T+0 və AUR/AZM T+0, T+1 alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar kreditlərin cəlb edilməsi və yerləşdirilməsinə dair ümumən 27,072 milyard manat məbləğində sifarişlər vermişlər.
Noyabrın 11-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.