Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 17 may (AZƏRTAC). Birjanın elektron hərraclar sistemində (BEHS) mayın 17-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,7900 AZN-ə bərabər idi.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7900 AZN-ə bərabər olmuşdur.
USD/AZN T+0 aləti üzrə əqd qeydə alınmamışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi dəyişməmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 3 375 435 AZN məbləğində əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7900 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, hərracların ümumi məbləği 4 270 000 milyon dollar, yaxud 3 375 435 AZN olmuşdur.
USD/AZN T+1, T+2, SWAP_USD/AZN alətləri üzrə də əqdlər qeydə alınmamışdır.
AVR/AZN və RUB/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 12,75 faiz, ABŞ dolları üzrə isə 13,36 faiz təşkil etmişdir.
BEHS çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında mayın 17-də əqdlər qeydə alınmamışdır.