BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın analitik-informasiya şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 3 milyon 151 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4914 manata bərabər olmuş və hərracların sonunadək dəyişməmişdir. Tələb və təklif 3 milyon 151 min dollar təşkil etmişdir.
Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4914 manat həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST-də 2 milyon 413 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 11, 857 milyard təşkil edir. Bir əqd, orta hesabla, 301,625 min dollara bərabər olmuşdur.
Tələb olmadığından dilerlər USDAZM T+1, T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
RURAZM TOM alətləri üzrə BEST-də 1 RUR üçün 160,44 manat məzənnəsi ilə 874 min rubl məbləğində əqd bağlanmışdır.
AURAZM alətləri üzrə BEST-ə banklar tərəfindən sifariş daxil olmamışdır.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,200 milyard manat və 200 min ABŞ dolları həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişlər. Sentyabrın 17-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.