Bakı Biznes Universitetində şiddət və zorakılığa qarşı özünümüdafiə üzrə seminar keçirilib
Bakı, 11 dekabr, AZƏRTAC
Bakı Biznes Universitetinin idman zalında şiddət və zorakılığa qarşı özünümüdafiə üzrə seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminar Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti, Əməkdar məşqçisi Asif Sayadovun rəhbərliyi ilə keçirilən seminarda Bakı Biznes Universitetinin 100-ə yaxın xanım tələbəsinə psixoloji, nəzəri və praktiki bilgilər öyrədilib. “Vinq Çun” qəfil hücumlara qarşı və ekstremal vəziyyətlərdə necə müdafiə olunmağı öyrədir.