Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı-Daşkənd-Ankara xətti Avrasiyada yeni geosiyasi tarazlığın əsas dayaqlarından birinə çevrilir ŞƏRH

Bakı-Daşkənd-Ankara xətti Avrasiyada yeni geosiyasi tarazlığın əsas dayaqlarından birinə çevrilir  ŞƏRH

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin hazırkı səviyyəsini yalnız iki qardaş ölkə arasında diplomatik yaxınlaşma kimi qiymətləndirmək düzgün olmaz. Bakı ilə Daşkənd arasında formalaşan strateji tərəfdaşlıq Türk dünyasının şərqi ilə qərbi arasında meydana çıxan yeni geosiyasi arxitekturanın mühüm dayaqlarından biridir. Azərbaycan bu gün yalnız Cənubi Qafqazın aparıcı dövlətlərindən biri deyil, həm də Türk dünyasının Qərbə açılan strateji mərkəzidir. Türkiyə isə Azərbaycanla birlikdə Avrasiya məkanının Avropa və qlobal bazarlarla inteqrasiyasında mühüm müttəfiq rolunu oynayır. Buna görə də Bakı–Daşkənd xəttinə yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, Xəzər, Qafqaz, Anadolu və Avropanı birləşdirən daha geniş Avrasiya geosiyasi sistemi kontekstində yanaşmaq lazımdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər və beynəlxalq münasibətlər üzrə mütəxəssis Mehmet Emir Aksoy deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi çoxşaxəli strategiyanın mühüm nəticələrindən biri ölkənin regional mövqeyinin möhkəmlənməsi və əldə olunan siyasi nəticələrin nəqliyyat, enerji və iqtisadi layihələrlə tamamlanmasıdır. “Azərbaycanın Qarabağda əldə etdiyi tarixi Zəfərin diplomatik və siyasi müstəvidə möhkəmləndirilməsi, paralel olaraq beynəlxalq nəqliyyat və enerji layihələrinin inkişaf etdirilməsi Türk dünyasının inteqrasiyasına yeni imkanlar yaradıb. Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı imzalanmış müttəfiqlik münasibətləri haqqında müqavilə Bakı-Daşkənd əlaqələrinin çatdığı yüksək səviyyəni nümayiş etdirir. İki ölkə arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması hədəfi isə siyasi yaxınlığın konkret iqtisadi məzmunla tamamlandığını göstərir. Özbəkistan Mərkəzi Asiyanın demoqrafik və iqtisadi potensial baxımından ən mühüm mərkəzlərindən biridir. Azərbaycan isə Xəzər hövzəsində Mərkəzi Asiyanı Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən təbii və etibarlı keçid məntəqəsidir. Bu baxımdan Orta Dəhliz Türk dünyasının iqtisadi potensialını geosiyasi üstünlüyə çevirən əsas arteriyalardan biridir”, – deyə ekspert vurğulayıb.

M.E.Aksoyun sözlərinə görə, Zəngəzur bağlantısı da bu bütöv mənzərənin mühüm logistika halqalarından biridir. Bu layihənin əhəmiyyəti yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması ilə məhdudlaşmır. Zəngəzur bağlantısı Orta Dəhlizin fasiləsiz fəaliyyətini təmin edə biləcək beynəlxalq nəqliyyat xətti kimi daha geniş strateji məna daşıyır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Zəngəzur bağlantısının reallaşdırılması istiqamətində işlər davam etdirilir və layihənin Azərbaycan hissəsinin həyata keçirilməsi Türk dünyasının nəqliyyat və iqtisadi inteqrasiyasına əlavə impuls verə bilər. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyə üzərindən Avropa bazarlarına çıxır. Gələcəkdə əməkdaşlığın yaşıl enerji və elektrik enerjisinin ötürülməsi xətləri ilə genişləndirilməsi Xəzər–Qara dəniz–Avropa istiqamətində yeni enerji arxitekturasının formalaşmasına şərait yarada bilər. Bu strateji baxışın diplomatik müstəvidə də mühüm təzahürləri vardır.

Ekspert hesab edir ki, bütün bu proseslər Türk Dövlətləri Təşkilatının gələcək inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Təşkilatın gələcək gücü yalnız ortaq tarix və mədəniyyət üzərində deyil, eyni zamanda, nəqliyyat dəhlizləri, enerji şəbəkələri, ticarət əlaqələri və ortaq strateji baxış üzərində formalaşacaq. Azərbaycan bu quruculuq prosesinin mərkəzində yerləşir. Bakı ilə Daşkənd arasında inkişaf edən strateji münasibətlər, Ankara ilə möhkəm müttəfiqlik və Xəzər üzərindən formalaşan nəqliyyat və enerji bağlantıları Türk dünyasının müxtəlif coğrafiyalarını daha sıx şəkildə birləşdirir.

Mədəni diplomatiyanın da bu prosesdə mühüm yer tutduğunu vurğulayan Aksoy əlavə edib: “Azərbaycan diplomatik nümayəndəlikləri yanında fəaliyyət göstərən mədəniyyət mərkəzləri vasitəsilə həyata keçirilən layihələr ortaq türk mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verir. Bu fəaliyyət Azərbaycanın yalnız nəqliyyat və enerji layihələrinin iştirakçısı kimi deyil, həm də mədəniyyət yaradan və onu beynəlxalq miqyasda təbliğ edən ölkə kimi mövqeyini gücləndirir. Daşkənd Mərkəzi Asiyanın dinamik mərkəzi, Bakı Xəzərin və Cənubi Qafqazın strateji ürəyi, Zəngəzur fasiləsiz bağlantının mühüm halqası, Ankara isə bu böyük xətti Avropa və dünya ilə birləşdirən qlobal mərkəzdir. XXI əsrdə Türk dünyasının geosiyasi çəkisi ortaq nəqliyyat dəhlizləri, enerji şəbəkələri və güclü strateji düşüncə əsasında daha da artacaq. Bakı ilə Daşkənd arasında qurulan körpü Xəzərdən keçərək Türkiyə ilə birləşir və bununla da daha geniş qlobal strateji gücə çevrilmək potensialı qazanır”.

Müxbir - Səbinə Əlizadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndər dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ