BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ŞAHMAT TURNİRİ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, fevralın 23-də Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş şahmat turniri başlanmışdır.
Universitetin azad həmkarlar ittifaqı komitəsinin təşəbbüsü ilə keçirilən yarışda universitetin 24 nəfər müəllimi iştirak edir.
Artıq ənənə halı almış bu turnirin əhəmiyyətini qeyd edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov ulu öndərin ölkəmizdə şahmatın inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır. Ulu öndərin yubileyi ilə bağlı tədbirlər planının geniş olduğunu nəzərə çatdıran A.Məhərrəmov qeyd etmişdir ki, ilk növbədə idrak və təfəkkür yarışına başlanılması respublikamızda bu idman növünə xüsusi maraqdan irəli gəlir.
Turnirdə ilk üç yeri tutan şahmatçılar pul mükafatlarına, kubok və fəxri fərmanlara layiq görüləcəklər.
Yarışa mayın əvvəlində yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]