Bakı Dövlət Universitetinin 2 saylı korpusunda əsaslı təmir işləri yekunlaşır
Bakı, 8 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı korpusunda əsaslı təmir işləri başa çatmaq üzrədir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, binanın zirzəmisindən damına qədər bütün mərtəbələri, auditoriyalar, inzibati otaqlar, laboratoriyalar, sanitar qovşaqlar, liftlər müasir standartlara uyğun şəkildə yenidən qurulub, bütün kommunikasiya xətləri, yanğınsöndürmə sistemi yenilənib. Geniş auditoriyalar proyektor, kondisioner və mebellərlə təchiz olunub. Qazanxana və drenaj sistemi yenilənib.
Korpusda təhsilalanların dərsdənkənar və asudə vaxtlarının keçirilməsi üçün də xüsusi şərait yaradılıb. Korpusun həyətində xüsusi abadlıq işləri aparılıb.
Ən müasir standartlara cavab verən korpus yeni tədris ilindən müəllim və tələbələrin ixtiyarına veriləcək. Əsaslı təmir işləri mərhələli şəkildə BDU-nun digər tədris korpuslarında da davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:40]
Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb
- 30.09.2026 [11:34]
Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans
- 30.09.2026 [11:16]
Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura
- 30.09.2026 [10:55]