Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Enerji Forumu öz işini tamamlayıb

Bakı, 4 iyun, AZƏRTAC

Bu gün Bakı Enerji Forumunun 2-ci günü başa çatıb. Bununla da ikigünlük 30-cu “Baku Energy Forum”u başa çatıb.

AZƏRTAC xəbər verir ki, builki forum enerji sektorunun aktual çağırış, imkanlarını əhatə edən geniş və çoxşaxəli gündəmlə keçirilib.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumda “COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol”, “Kjell A.Nordström ilə xüsusi sessiya beynəlxalq biznes və ultramüasir şirkətlərin gələcək ssenariləri”, “Enerjidə rəqəmsallaşma: məlumat və texnologiyanın gücü”, “Qaz bazarı – istehsalçı, nəqliyyatçı və istehlakçılar üçün yeni struktur”, “Neft və qaz kəmərləri – etibarlı infrastruktur vasitəsilə enerji təhlükəsizliyinin təmin edilməsi”, “Elektrik enerjisinin istehsalı və şəbəkə infrastrukturunun inkişafı: gələcəyin enerji təchizatı” mövzularında panel müzakirələri keçirilib.

İlk sessiyada COP29 Prezidenti Мuxtar Babayev Bakı Enerji Forumunda “COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol” mövzusundakı panel müzakirəsində çıxışı zamanı bildirib ki, COP29 uğurla həyata keçirilib, ortada çoxlu ambisiya olub. Onun sözlərinə görə, yeni çətinliklər ortaya çıxıb, bəzi ölkələr bir qədər fərqli siyasət yürüdür. O qeyd edib ki, xüsusilə ABŞ-ın iqlim müzakirələrindən geri çəkilməsi bu prosesə müəyyən təsirini göstərir.

“Ancaq digər ölkələr, xüsusilə donor ölkələr indi Bakıda vəd etdikləri üzrə artıq hazırlıq işlərinə başlayıblar. COP29 tarixi bir nəticə oldu və 300 milyard dolların toplanmasına başlandı. Çox böyük uğurlar əldə edilib. Azərbaycan Braziliya komandası ilə birlikdə 1,3 trilyon dollarlıq proqramı hazırlayır. Söhbət COP29-da qəbul olunan 300 milyard dollarlıq vəsaiti 1,3 trilyona qədər artırmaqdan gedir. Biz müəyyən etməliyik ki, hansı əlavə maliyyələşdirmə kanalları var və iqlim dəyişikliyi üçün nə edilə bilər. Təkcə donorlar və istehlakçılar nəzərdə tutulmur, həmçinin cənub əməkdaşlığına baxmalıyıq. Bu, bizim üçün çox vacib bir dövrdür, kifayət qədər intensiv və mürəkkəbdir. COP29-da imzalanan sazişlər özəl sektorlara böyük qapılar açdı. Bu resursları necə səfərbər edəcəyimiz üzərində işləyirik. Həmçinin beynəlxalq maliyyə institutları və özəl sektorla birlikdə intensiv işləyirik ki, onları səfərbər edək”, - deyə o qeyd edib.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev öz çıxışında qeyd edib ki, COP29 əldə edilmiş nəticələrə görə tarixin ən uğurlu COP-larından biri hesab olunur. O bildirib ki, Paris Sazişi çərçivəsində üç əsas istiqamət fəaliyyət göstərir.

“Təsirlərin yumşaldılması, uyğunlaşma və maliyyələşdirmə. COP29 çətin geosiyasi və qlobal siyasi proseslər şəraitində təşkil olundu. Ölkələrin öz iqlim öhdəliklərini və ambisiyalarını həyata keçirə bilməsi üçün həm texnoloji həllər, həm də potensialın artırılması üzrə tədbirlərin həyata keçirilməsi zəruridir”, - deyə o qeyd edib.

Macarıstan Energetika Nazirliyinin energetika siyasəti üzrə dövlət katibi Mark Alfeldi-Boruss nəzərə çatdırıb ki, Macarıstan və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq artıq strateji mərhələyə keçib. O qeyd edib ki, təchizat marşrutlarını saxlamaq vacibdir.

“Azərbaycanda istehsal olunan yaşıl enerji layihəsində iştirak etmək istəyirik. Bunun iqlim hədəflərinə uyğunluğunu nəzərdən keçiririk. Diversifikasiya çox vacib elementdir. Bura yalnız dekarbonizasiya deyil, bərpaolunan enerji də daxildir. Biz COP29-u Paris Sazişindən sonra dönüş nöqtəsi hesab edirik. İndi aydın şəkildə müəyyən edilmiş məqsədlər və maliyyə mənbələri var. COP29-da əldə olunan nəticələrə birlikdə nail olacağıq”, - deyə o bildirib.

Daha sonra dünyaca tanınmış qlobal biznes eksperti, məruzəçi, isveçli iqtisadçı, futuroloq və beynəlxalq “bestseller” kitabların müəllifi Kyel A.Nordströmın xüsusi sessiyası olub. Müasir dövrün parlaq mütəfəkkirlərindən olan Nordström Azərbaycanda ilk dəfə olaraq qlobal iqtisadiyyatın gələcəyi, enerji bazarlarının transformasiyası və oyun qaydalarını dəyişəcək innovasiyalarla bağlı fikirlərini bölüşüb. O diqqətə çatdırıb ki, müasir dövrdə urbanizasiya prosesi çox sürətlə gedir.

“10 il əvvəl dünya əhalisinin yalnız 10 faizi şəhərlərdə yaşayırdı. 2016-cı ildə bu rəqəm 50 faizə yüksəldi. Bu gün dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayır, növbəti illərdə isə bu rəqəm 80-85 faizə yüksələcək. Şəhərlər daha da böyüyəcək. Dünyada çox deyil, 600 şəhər olacaq. Bu gün Tokio, İstanbul, London kimi şəhərlərin əhalisi daha da artacaq. Enerji, qida məhsulları, ümumilikdə hər şey şəhərdə istehsal olunacaq. Kosmosdan planetə baxanda yalnız iri şəhərlərin işıqları görünür, qalan yerlər isə qara görünür. Bu qara yerlərin sayı artır. Bəs insanları şəhərlərə köçməyə vadar edən nədir? İnsanları Pekin, Moskva, London və başqa şəhərlərə köçməyə vadar edən ümiddir. İnsan şəhərdə yaxşı təhsil almağa, biznes qurmağa, yaxşı yaşamağa ümid edirlər. Bu ümidi insanın düşüncəsindən heç kim və heç nə çıxara bilməz. Bu, planetimizin coğrafiyasını dəyişəcək. Gələcəkdə insanlar planetimizin yalnız 2 faizində yaşayacaqlar. Bu gün insanlar, qlobal kampaniyalar, dövlətlər buna hazır olmalıdırlar. XX əsrdən başlayaraq dünyada qloballaşma meyilləri gücləndi. Qloballaşma sanki bir ideologiyaya çevrildi. Divarlar söküldü, informasiya daha geniş coğrafiyanı əhatə etməyə başladı, insanlar daha da yaxınlaşdılar”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, qloballaşma prosesi heç də rəvan keçməyib: “SSRİ dağıldı və bu ərazidə yaşayan xalqlar milli dövlətlərini qurdular və dünyaya inteqrasiya olunmağa başladılar. Bu respublikalar qlobal bazarlara qoşuldular. Bununla yanaşı texnologiyalar da inkişaf etdi ki, bu da öz növbəsində qlobal iqtisadiyyatın inkişafına səbəb oldu. Lakin bu inkişaf, qazanc istəyi konfliktlər yaratdı və böhranlar başladı. İlk olaraq dünya COVID-19-la mübarizə apardı, Rusiya-Ukrayna müharibəsi başladı və dünyada iqtisadi geriləmə müşahidə olundu”.

K.A.Nordström nəzərə çatdırıb ki, müasir dünyada inkişaf istiqamətlərini insanlar özləri müəyyən etməlidir: “Qloballaşma prosesləri heç də rəvan olmur. Çin böyük dövlət olmaqla yanaşı, həm də böyük bir sivilizasiyadır və özünün inkişaf yolu, hədəfləri var. Rusiyanın öz yolu, Avropanın isə tamamilə başqa istiqamətdə inkişaf perspektivləri var. Qlobal səviyyədə əməkdaşlıq və gələcəyin müəyyən olunması konfliktlərin qarşısını ala bilər”.

“ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven qeyd edib ki, hazırda şirkət 107 milyard dollarlıq investisiyası var və 14 ölkədə fəaliyyət göstərir. O qeyd edib ki, Azərbaycanda tikilən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) bir hissəsi bu ilin avqustunda istismara veriləcək.

“Daha sonra sentyabr, oktyabr aylarında növbəti mərhələlər həyata keçiriləcək və ilin sonuna bütün layihə tam işə salınacaq. Biz qarşılıqlı etimad əsasında partnyorlarla riskləri aşağı salmağa çalışırıq. Bəzən riskləri azaltmaq üçün rəqiblərimizlə də əməkdaşlıq edirik”, - deyə o bildirib.

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev diqqətə çatdırıb ki, SOCAR 2050-ci ilə qədər net sıfır şirkətə çevriləcək: “2035-ci ilə qədər transformasiya edib enerji şirkətinə çevriləcəyik və portfelimizdə qarışıq enerjilər olacaq. Təbii qaz olmasa, biz sərfəli enerjiyə keçid edə bilməyəcəyik. Strategiyamızı 3 məsələ üzrə quracağıq. Birinci əsas məsələ əməliyyatların karbonsuzlaşdırılması, ikinci məsələ korporativ mədəniyyətin dəyişdirilməsi, üçüncü məsələ aşağı karbonlu biznesə başlamaqdır ki, bunlardan da biri bərpolunan enerjinin istehsalı məsələsidir. Biz dayanıqlı, sərfəli, əlçatan enerjini təmin etmək istəyirik”.

Ə.İsayev qeyd edib ki, “SOCAR Green” şirkəti bərpaolunan enerji portfelinin hazırlanmasına birbaşa məsuliyyət daşıyır: “Ölkədə 2030-cu ilə qədər istehsal edilən enerjinin 30 faizinin bərpaolunan enerjidən əldə olması hədəflənib”.

IRENA-nın baş direktor müavini Qauri Sinqx Azərbaycanı COP29-a uğurla ev sahibliyi etdiyinə görə təbrik edib: “Bərpaolunan enerji mənbələri 96 faiz daha az xərc aparır və bu gözəl nəticədir. Biz bu sahəyə investisiyalarımızı davam etdirməliyik”.

O qeyd edib ki, bərpaolunan enerji üzrə dünyada çox iş görülməlidir.

“Nəqliyyatın elektrikləşməsi əsas çətinliklərdəndir. COP29-da vədlər verilib. Biz bu hədəflərə doğru irəliləyiriksə, işimizi buna doğru sürətləndirməliyik”, - deyə o bildirib.

Energetika nazirinin müavini Kamal Abbasov öz növbəsində bildirib ki, dünyada baş verən son hadisələr dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətli xarakter daşıdığını göstərir.

O bildirib ki, Azərbaycan təbii qaz ixracı üçün yeni infrastruktur yaradıb və müqavilələrdə müəyyən olunan öhdəliklərini dəqiqliklə yerinə yetirir.

“Təbii qaz enerji və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan karbon emissiyasını azaltmaq istiqamətində addımlar ataraq təbii qaz hasilatını artırır və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyində iştirak edir. Eyni zamanda, həmin dövlətlərdə karbon emissiyasının azalmasına dəstək verir. Təbii qaz sənayedə, kənd təsərrüfatında, ümumilikdə iqtisadi inkişafda mühüm amildir. Bununla yanaşı, Azərbaycan külək və günəş enerjisi istehsalında da irəliyə doğru böyük addımlar atır. Azərbaycanda təbii qaz istehsalının artırılması üçün böyük imkanlar var. Bu potensial Avropanın daha çox ölkəsinə qaz ixracına imkan verir. Azərbaycan Qazaxıstan və Türkmənistan qazını da Avropa bazarlarına çıxarmaq üçün tranzit imkanlara malikdir”, - deyə K.Abbasov vurğulayıb.

TAP-ın icraçı direktoru Luka Şippatinin sözlərinə görə, Avropaya 47 milyard kubmetrdən çox qaz ixrac olunub ki, bunun da 39 milyard kubmetri İtaliyaya nəql edilib.

“Cənub Qaz Dəhlizi Xəzər dənizində hasil edilən qazı Avropa bazarlarına çatdırırıq. Həqiqətən, son 5 ildə Avropanın enerji təchizatının təhlüksəziliyinə böyük töhfə vermişik. Nominal ötürücülük qabiliyyətini keçmişik. Biz etibarlı, davamlı mənbəyə - Azərbaycana arxalanmışıq. Azərbaycan Avropaya sübut edib ki, o davamlı və etibarlı təchizatçıdır. Biz istənilən riskləri real vaxt ərzində süni intellekt və dron kimi texnologiyalarla idarə edə bilirik. Bütün bu texnologiyalar gündəlik boru kəmərinin etibarlılığını təmin edir”, - deyə o nəzərə çatdırıb.

Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Neft və Qaz üzrə icraçı nazir müavini Saşa Kokoviç bildirib ki, Azərbaycan ilə Serbiya arasında çox yaxşı münasibət mövcuddur.

“Azərbaycanın təbii qazını Macarıstana və digər ölkələrə nəql etmək imkanımız var. Biz 10 ildən çoxdur ki, strateji partnyoruq. Enerji sahəsində ilk dəfə əməkdaşlığa 2023-cü ildə başladıq. Serbiya üçün ilk dəfə idi ki, təbii qazın diversifikasiyasına baş vururdu. Bu çox müsbət haldır ki, cənub-şərqi Avropadan təchizatı əldə edə bildik. Biz istəyirik ki, daxili qaz nəqli sistemimizdə dəyişiklik edək. Təchizat marşrutlarının şaxələndirilməsi bizim üçün kritik vəzifədir və növbəti üç il ərzində həyata keçirilməsi hədəflənib. SOCAR ilə birlikdə istehlak və ötürmə qabiliyyəti üzrə əlverişli həllər tapacağımıza ümid edirik”, - deyə o bildirib.

Forum çərçivəsində aparılan müzakirələr enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edib. Bu tədbir həm də Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini və Xəzər regionunun yaşıl enerji potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından vacib platforma rolunu oynayıb.

Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutub.

Ənənəvi olaraq, Bakı Enerji Həftəsi çərçivəsində baş tutan tədbirlər zamanı ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçirilib. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edib.

Beləliklə, 30-cu Bakı Enerji Forumu enerji təhlükəsizliyinə nail olmaq yolunda yeni əməkdaşlıqlara zəmin yaradaraq, səmərəli fikir mübadilələri ilə öz işini tamamlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir