“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində dayanıqlı rəqəmsallaşmaya dair panel sessiya keçirilir VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “COP29-dan İqlim Həftəsinə: Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” mövzusunda panel sessiya təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən sessiya COP29 zamanı qəbul edilmiş Yaşıl Rəqəmsal Fəaliyyətə dair Bəyannamənin davamı olaraq dayanıqlı rəqəmsallaşmanın inkişaf etdirilməsinə həsr edilib.
Sessiyada rəqəmsal infrastrukturun iqlim dayanıqlılığının və enerji səmərəliliyinin gücləndirilməsi, rəqəmsal inklüzivliyin və savadlılığın artırılması, eləcə də texnologiyalara bərabər çıxış imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunur.
Müxbirlər - Pərvanə Qafarova, Günəl Türksoy
Fotoqraf - Azər İbrahimov
Videooperatorlar - Mirrəsul Cəfərov