Azərbaycanın oxu savadlılığı nəticəsində 40 bal artım – PISA 2025
Bakı, 8 sentyabr, AZƏRTAC
PISA (Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) tədqiqatının 2025-ci il nəticələrində Bakı şagirdlərinin oxu savadlılığı üzrə göstəricisi əhəmiyyətli dərəcədə yüksəlib.
AZƏRTAC xəbər verir ki, PISA 2025-də Bakı şagirdlərinin oxu savadlılığı üzrə nəticəsi 2022-ci il qiymətləndirilməsi ilə müqayisədə 40 bal artıb. Hazırkı göstərici 2018-ci ilin nəticəsindən də 16 bal yüksəkdir.
Qeyd edək ki, müqayisə yalnız Bakı şəhəri üzrə aparılıb. Bunun səbəbi 2018 və 2022-ci il qiymətləndirmələrinin yalnız Bakıda keçirilməsidir.
Beynəlxalq təcrübə göstərir ki, oxu savadlılığı PISA çərçivəsində irəliləyiş əldə olunması ən çətin sahələrdən biridir. Bu bacarıq konkret fənn biliyindən daha çox uzunmüddətli mütaliə vərdişləri və mətnlə işləmə mədəniyyəti ilə birbaşa bağlıdır. Məhz buna görə oxu üzrə əldə edilən hər bir bal davamlı və sistemli fəaliyyətin nəticəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [15:34]
Birləşmiş Krallıqda təhsil alacaq Dövlət Proqramı təqaüdçüləri ilə görüş
- 08.09.2026 [15:10]
PISA yüksəlişi: riyaziyyatda 63 bal artım
- 08.09.2026 [14:42]
Tarixçi-alim: Daşlar tariximizin ən qədim mənbələridir
- 08.09.2026 [14:29]
Azərbaycanın PISA yüksəlişi: təbiət elmlərində 60 bal artım!
- 08.09.2026 [14:13]