CƏMİYYƏT
Bakı Limanının əməkdaşları qanvermə aksiyasında iştirak ediblər
Bakı, 7 iyul, AZƏRTAC
Bakı Limanının əməkdaşları artıq ikinci dəfədir Heydər Əliyev Fondunun xeyirxah təşəbbüsünə qoşularaq mövcud karantin rejimi dövründə talassemiya və hemofiliya, eyni zamanda, leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının tam təmin olunması məqsədilə keçirilən qanvermə aksiyasında iştirak ediblər.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, Bakı Limanının Ələt qəsəbəsində yerləşən inzibati ofisində təşkil olunan qanvermə aksiyasında limanın dəniz xidmətləri, liman əməliyyatları, insan resursları, maliyyə, SƏTƏM və digər departamentlərin əməkdaşları daxil olmaqla 50-dək insan iştirak edərək könüllü qan veriblər.