Bakı Metropoliteni yanvarın 20-də xüsusi iş rejimində işləyəcəkdir
Bakı, 13 yanvar (AZƏRTAC). Bakı Metropoliteni yanvarın 20-də xüsusi iş rejimində işləyəcəkdir.
Metropolitendən AZƏRTAC-a bildirilmişdir ki, 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar metro həmin gün xüsusi iş rejimində işləyəcəkdir.
Əvvəlki illərdə olduğu kimi, metronun “20 Yanvar” stansiyasında fəxri qarovul dəstəsi düzüləcəkdir. Hazırda metronun bütün stansiyalarında səslənəcək matəm melodiyasının seçimi gedir.
Yanvarın 20-də saat 12:00-da respublika ərazisində faciədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]
31 Mart soyqırımı Azərbaycan xalqının unudulmaz faciəsidir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]