Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək
Bakı, 27 avqust, AZƏRTAC
“Bakı Metropoliteni” QSC-də bu axşam “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasında "Tvente"yə (Niderland) qarşı keçirəcəyi pley-off oyunu ilə əlaqədar iş qrafiki dəyişdiriləcək.
QSC-dən AZƏRTAC-a bildirilib ki, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyasında gücləndirilmiş rejim tətbiq olunacaq. Xüsusi nəzarət mexanizmləri ilə stansiyaya növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.
Saat 20:00-da başlanacaq qarşılaşmaya azarkeş marağı nəzərə alınmaqla, sərnişinlərin təhlükəsiz və rahat daşınması təmin ediləcək. “28 May” və “Nərimanov” stansiyalarında da nəzarət tədbirləri gücləndiriləcək. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
Gün ərzində isə qatarların hərəkəti mövcud yay qrafiki üzrə tənzimlənəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [15:34]
4SİM-in dəstəyi ilə sənaye 4.0 transformasiyası uğurla həyata keçirilir
- 27.08.2026 [15:16]
® Təhsil Tələbə Krediti Müqaviləsi “SİMA İmza” ilə tam rəqəmsal! VİDEO
- 27.08.2026 [14:30]
Üç beynəlxalq rəqəmsal xidmət təchizatçısı Azərbaycanda vergi uçotuna alınıb
- 27.08.2026 [13:37]