Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Özbəkistan münasibətlərindəki yeni mərhələ Türk dünyasının inteqrasiyasına təkan verir – ŞƏRH

Azərbaycan-Özbəkistan münasibətlərindəki yeni mərhələ Türk dünyasının inteqrasiyasına təkan verir –  ŞƏRH

Bakı, 27 avqust, AZƏRTAC

Azərbaycan Prezidentinin qardaş Özbəkistana dövlət səfəri iki ölkə arasındakı münasibətlərdə yeni tarixi eranın başlanğıcı oldu və bunun hüquqi-siyasi əsasları imzalanmış çoxsaylı sənədlərdə, ən əsası isə “Əbədi dostluq haqqında Müqavilə”də əksini tapdı. Əlbəttə, bu müqavilə iki ölkə arasındakı münasibətlər kontekstində nə qədər əhəmiyyətlidirsə, bir o qədər də oxşar coğrafiyada yerləşən, eyni mədəniyyət, dil və etnik köklərdən gələn Mərkəzi Asiyanın digər dövlətləri üçün nümunə təşkil edən mühüm sənəd kimi qiymətləndirilməlidir. Çünki əldə olunan razılaşmalarda əksini tapan geostrateji məsələlərin həlli yalnız ikitərəfli münasibətlər kontekstində qiymətləndirilə bilməz. Bu hadisə həm iqtisadi, həm siyasi, həm də daha geniş regional və strateji müstəvidə dəyərləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, Azərbaycan–Özbəkistan münasibətlərində bu tarixi hadisə Türk Dövlətləri Təşkilatı çərçivəsində oxşar əməkdaşlıq mexanizmlərinin qurulması ilə gələcəkdə bu beynəlxalq təşkilatın qlobal münasibətlər sistemində real güc mərkəzinə çevrilməsi üçün mühüm əsas yaradır. “Özbəkistan–Azərbaycan münasibətləri həm coğrafi xarakterinə, həm də imzalanan sənədlərin məzmununa görə artıq çoxtərəfli xarakter daşıyır. Əldə olunan razılaşmalar və həyata keçirilməsi nəzərdə tutulan layihələr Türk dünyasının müxtəlif dövlətlərini bir-biri ilə daha sıx əlaqələndirən vahid iqtisadi, nəqliyyat və geosiyasi sistemin formalaşmasına xidmət edir. Bu baxımdan Trans-Xəzər marşrutu xüsusi əhəmiyyət daşıyır. Özbəkistan yüklərinin Trans-Xəzər marşrutu ilə daşınması üçün Türkmənistan ərazisindən istifadə mühüm amildir. İkinci mühüm məsələ Özbəkistandan daşınan yüklərin Azərbaycan üzərindən Avropaya çıxarılmasıdır. Bunun üçün həmin yüklərin Türkiyədən keçməsi zəruridir. Türkiyə isə Türk Dövlətləri Təşkilatının ən aparıcı üzvlərindən biridir. Beləliklə, Özbəkistan–Azərbaycan arasında formalaşan nəqliyyat əlaqələri avtomatik olaraq Türkiyəni bu prosesin mühüm iştirakçısına çevirir”, – deyə deputat vurğulayıb.

Hikmət Babaoğlu diqqətə çatdırıb ki, Çindən Özbəkistana gələn yüklərin böyük hissəsinin tikintisi yekunlaşmaqda olan Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu vasitəsilə daşınması nəzərdə tutulur. Bu isə Türk Dövlətləri Təşkilatının üzvü olan Qırğızıstanın formalaşan yeni nəqliyyat və iqtisadi sistemdə fəal iştirakını təmin edir:”Eyni yanaşmanı Qazaxıstanla bağlı söyləmək olar. Biz ilk növbədə Trans-Xəzər marşrutundan danışırıqsa, bundan sonra artıq marşrutun müxtəlif istiqamətlər üzrə şaxələndirilməsindən danışmalıyıq. Birinci istiqamət Aktau–Bakı, yəni şimal xəttidir. İkinci istiqamət isə Türkmənbaşı–Bakı, yəni cənub xəttidir. Bu məsələyə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Azərbaycan Prezidenti İlham Əliyev arasında aparılan dialoqun məzmunu da əlavə edildikdə, qarşıdakı perspektivlər daha aydın görünür. Belə ki, Özbəkistandan daşınan yüklərin qəbulu və emalı üçün ayrıca limanın inşa edilməsi məsələsi gündəmdədir. Azərbaycan Prezidenti bu limanın prioritet layihələr çərçivəsində həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verdi. Bu isə Trans-Xəzər marşrutunun özünün şaxələndirilməsi prosesinə yeni imkanlar yaradır. Beləliklə, Xəzərin iki sahili arasında nəqliyyat əlaqələrinin genişlənməsi yalnız yükdaşıma imkanlarının artması deyil, eyni zamanda, Türk dünyasının iqtisadi məkanının daha sıx inteqrasiyası deməkdir”.

Deputat Zəngəzur dəhlizinin bu prosesdə xüsusi əhəmiyyət daşıdığını bildirib.”Zəngəzur dəhlizi Orta Dəhlizin ən mühüm seqmentlərindən biridir və gələcəkdə formalaşacaq geniş nəqliyyat sisteminin əsas bağlantı istiqamətlərindən birinə çevrilə bilər. Yüklərin Zəngəzur üzərindən daşınması imkanının yaranması Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyanı gücləndirəcək. Bunun nəticəsində özünəməxsus makro və mikroiqtisadi mühit formalaşa, yeni istehsal müəssisələri yaradıla və müxtəlif iqtisadi layihələr həyata keçirilə bilər. Hazırda Azərbaycan və Özbəkistan arasında investisiya fondunun həcmi 500 milyon dollar, Azərbaycan və Qırğızıstan arasında isə 200 milyon dollardır. Gələcəkdə Türkmənistanın və Qazaxıstanın da bu prosesə qoşulması ilə artıq milyardlarla dollar həcmində ortaq investisiyalardan danışmaq mümkün olacaq. Bu, özlüyündə yeni müəssisələrin, iqtisadi mexanizmlərin və iqtisadiyyatın formalaşması deməkdir. Ən başlıcası isə bütün bu iqtisadi imkanların Avropa və Asiya bazarları ilə əlaqələndirilməsi üçün real zəmin yaranır”, – deyə o qeyd edib.

Hikmət Babaoğlu deyib ki, bu proseslər Azərbaycan Prezidentinin daha əvvəl səsləndirdiyi strateji baxışların artıq konkret layihələr və institusional mexanizmlər vasitəsilə həyata keçirildiyini göstərir:“Söhbət Türk dövlətlərinin gələcəkdə beynəlxalq münasibətlər sistemində mühüm güc mərkəzlərindən birinə çevrilməsi perspektivindən gedir. Strateji məqsəd Azərbaycan Prezidenti və digər qardaş ölkələrin liderləri tərəfindən müəyyənləşdirilib. Bu məqsədin həyata keçirilməsi isə konkret layihələrlə dəstəklənir. Ona görə də hesab edirəm ki, qısa və orta müddətli perspektivdə Türk dövlətlərini daha güclü, daha vahid və daha inteqrasiya olunmuş birlik kimi görə biləcəyik”.

Müxbir – Səbinə Əlizadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb

Pedaqoji Universitet boş qalan yerlərə qəbul elan edir

Adil Kərimli Laçın şəhərində vətəndaşların müraciətlərini dinləyib

“Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

4SİM-in dəstəyi ilə sənaye 4.0 transformasiyası uğurla həyata keçirilir

Balıqçılıq haqqında
Azərbaycan Respublikasının Qanunu

Astanada keçirilən ilk “GASTHERM EXPO”nu 2 mindən çox mütəxəssis ziyarət edib

Şahin Diniyev: “Qarabağ”ın mərhələ adlamaq üçün üstünlükləri var

Emin Əmrullayev “Maarifçi”lərin suallarını cavablandırıb

® Təhsil Tələbə Krediti Müqaviləsi “SİMA İmza” ilə tam rəqəmsal!

Atasına verdiyi vədi yaşadan Zəhra BDU tələbəsi oldu

Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb

Politoloq: Azərbaycan–Özbəkistan əməkdaşlığı Mərkəzi Asiya ilə Avropa arasında yeni geoiqtisadi bağlantılar yaradır

“Qarabağ”ın oyunu ilə əlaqədar stadionunun qarşısındakı mübadilə mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb

Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub

Arzu Əhmədova: Özbəkistan Milli Uşaq Tibb Mərkəzi Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Ənənəvi sənət, müasir imkanlar - Toxuculuq sənətinin sirləri “ABAD”çının əl işlərində VİDEO

Ənənəvi sənət, müasir imkanlar - Toxuculuq sənətinin sirləri “ABAD”çının əl işlərində VİDEO

Naxçıvanda yeni tədris ilindən “Rəqəmsal məktəb” platformasına start veriləcək

Azərbaycan-Özbəkistan münasibətlərindəki yeni mərhələ Türk dünyasının inteqrasiyasına təkan verir – ŞƏRH

Müdafiə Nazirliyi: Türkiyə regionda öz hüquq və maraqlarını qorumağa davam edəcək

Şamaxıda texniki üzüm sortlarının kütləvi yığımına başlanılıb FOTO

“Ukrayna xalq nağılları” nəşr olunub

Almatı-Daşkənd qatarında qadınlar üçün ayrıca vaqon olacaq

AzTU Almaniya universitetləri ilə əməkdaşlığı genişləndirir

“Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub

Ekspert: Yüksək texnologiyatutumlu sahələrə investisiyaların cəlb edilməsi sürətləndirilməlidir

İnvestorların qlobal maliyyə bazarlarında hazırlıq səviyyəsi artırılmalıdır – Ekspert rəyi

“Barselona”nın stadionu 2029-cu il Çempionlar Liqasının finalına əsas namizəddir

Üç beynəlxalq rəqəmsal xidmət təchizatçısı Azərbaycanda vergi uçotuna alınıb

Nepalda sel fəlakəti zamanı azı 8 Almaniya vətəndaşı itkin düşüb

Qayıqla mağara turu: Yaşıl təbiəti ilə seçilən İngiltərənin möhtəşəm bölgəsindən REPORTAJ

Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığında yeni mərhələ: 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi - ŞƏRH

Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər

“Fənərbağça”nın qapıçısı “Barselona”ya keçib

® Sabahdan universitetlərə qeydiyyat başlayır, proses “mygov” üzərindən aparılacaq

Xətai rayonunda “Muğam axşamı” gecəsi VİDEO

Xətai rayonunda “Muğam axşamı” gecəsi VİDEO

Avropa İttifaqının yeni miqrasiya qaydaları sınaq qarşısındadır

Naxçıvanda rəqəmsal xidmətlərə “mygov ID” ilə vahid və təhlükəsiz giriş imkanı yaradılıb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 270-ə çatıb VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 270-ə çatıb VİDEO

Xaçmaz rayonunda yeni dayanacaq pavilyonları quraşdırılır

® “Caspian Energy Club” I Beynəlxalq Meksika-Azərbaycan forumunu təşkil edib

Çinin Baş naziri təbii fəlakət bölgəsinə gedib

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə başlanılır

Nepalda dağıdıcı daşqın: Təxminən 1500 nəfər itkin düşüb

Azərbaycanın 7 stolüstü tennisçisi “Kiçik Avropa çempionatı”nda iştirak edəcək

Kürşad Zorlu: Qarabağda təhsil sahəsində yeni dövr başlayır

İstanbulda su anbarlarının doluluq səviyyəsi kritik həddən aşağı düşüb

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan

Türkiyədəki müəssisələrin təxminən yarısının xidmət sektorunda fəaliyyət göstərdiyi məlum olub

Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək

Berlində İkinci Dünya müharibəsindən qalmış bomba zərərsizləşdirilib

Sel sularının qəzalı vəziyyətə saldığı ərazidə yeni körpü tikilib VİDEO

Sel sularının qəzalı vəziyyətə saldığı ərazidə yeni körpü tikilib VİDEO

Dünyada ilk: Süni intellekt beyin şişi əməliyyatında cərrahlara kömək edib

“Mançester Siti” süni intellektlə hazırlanan yeni formalarını təqdim edib

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin sayı açıqlanıb

DİM: 12 ali təhsil müəssisəsində plan yerləri tam dolub

Əcnəbi jurnalistlər Türkiyə seriallarının istehsal prosesi ilə tanış olacaqlar

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

ADPU-nun qəbul planı 97 faiz dolub

Unudulmaz şərqşünas-alim və müəllim

Fransız deputatın ölkənin borcunun dondurulmasına dair təklifi AMB ilə bağlı mübahisəni qızışdırıb

Qarabağ Universiteti və İstanbul Texniki Universiteti arasında ikili diplom proqramı başlanır

İxtisas qrupları üzrə qəbulun statistikası açıqlanıb

“Qarabağ” və “Tvente”də oynamış Vaqif Cavadov: Qoy, güclü olan qalib gəlsin!

DİM: Ali məktəblərə qəbul olunanların sayı 1711 nəfər artıb

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Talış dağlarının qoynunda gizlənən qədim sığınacaq: Buzeyir mağarası VİDEO

Talış dağlarının qoynunda gizlənən qədim sığınacaq: Buzeyir mağarası VİDEO

Altı sinfin bütün məzunları tələbə adını qazandı - Şəki məktəbindən rekord nəticə

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Laçın Beynəlxalq Film Festivalı başa çatıb

DİM “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib

Yeni tədris ili üçün təhsil krediti müraciətlərinin vaxtı açıqlandı

İpək Yolunun mədəniyyət mərkəzi: Qədim Şabran VİDEO

İpək Yolunun mədəniyyət mərkəzi: Qədim Şabran VİDEO

Əlçatan təhsildən elmi tədqiqata: Jalə Məmmədova Bristol Universitetində doktorantura təhsili alacaq

Meşə yanğınları səbəbindən Yakutsk tüstüyə bürünüb

Bu saata olan əsas xəbərlər

DİN: Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

İstanbul Texniki Universitetinin akademik bölmələri Qarabağ Universitetində fəaliyyət göstərəcək VİDEO

İstanbul Texniki Universitetinin akademik bölmələri Qarabağ Universitetində fəaliyyət göstərəcək VİDEO

SOCAR-ın ötənilki fəaliyyətində mənfəət, dayanıqlılıq və genişlənmə ön planda olub

“YAŞAT” Fondu altıncı “Məktəbli ləvazimatları” layihəsini reallaşdırır

Ötən il SOCAR beynəlxalq aktivlər portfelini genişləndirib

“Paxis” startapının təsisçisi Ayşə Allahverdiyeva: Süni intellekt onkoloq və pasiyent arasında etibarlı körpü olacaq

Bu gün Ümumdünya Göllər Günüdür

Niderlandlı veteran futbolçu: “Qarabağ” topla çox yaxşı oynayan komandadır, bu da rəqibi qıcıqlandırır

Azərbaycanın kimyaçı alimləri Özbəkistandakı beynəlxalq elmi platformada təmsil olunacaq

Yeni təmayül tədris modeli üzrə 7845 şagird müraciət edib

Ombudsman idmançılar üçün yeni tibbi nəzarət mexanizmi təklif edib

SOCAR-ın aktivləri və kapitalı artıb, uzunmüddətli öhdəlikləri azalıb

Moldova Respublikasının Prezidenti Zati-aliləri xanım Maya Sanduya

“Böyük Dəbilqə”: Azərbaycan cüdo millisi Lozannada 14 idmançı ilə təmsil olunacaq

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib VİDEO

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib VİDEO

Mexikoda Xocalı abidəsinin yerləşdiyi meydanda videomüşahidə sistemi işə salınıb

Hərracda 44 nəqliyyat vasitəsi satılıb

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçkodan

Dövlət Proqramı çərçivəsində soyuducu anbarların fəaliyyəti genişləndirilir VİDEO

Dövlət Proqramı çərçivəsində soyuducu anbarların fəaliyyəti genişləndirilir VİDEO

Çempionlar Liqası: “Sabah” bir çox statistik göstəricilərdə liderdir

Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama

® “Ziraat Bank Azərbaycan”ın ilk istiqraz emissiyası üçün “Açılış Zəngi” çalınıb

Professor: Vasim Məmmədəliyevin bilik dairəsi şərqşünaslıq və ilahiyyatla məhdudlaşmırdı