Naxçıvanda yeni tədris ilindən “Rəqəmsal məktəb” platformasına start veriləcək
Naxçıvan, 27 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində yeni tədris ilindən “Rəqəmsal məktəb” platformasına start veriləcək.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, platforma pilot layihə olaraq Heydər Əliyev adına tam orta məktəbində, Naxçıvan Qızlar, Şərur şəhər Fizika Riyaziyyat Təmayüllü liseyləri və Naxçıvan şəhərinin ümumtəhsil müəssisələrində həyata keçiriləcək. İlkin mərhələdə platformadan 20 ümumtəhsil müəssisəsinin 1200-dən artıq müəllimi, 14 mindən çox şagirdi istifadə edə biləcək.
Qeyd edək ki, “Rəqəmsal məktəb” platforması təhsilalanların, müəllimlərin, valideynlərin və məktəb rəhbərliyinin vahid rəqəmsal mühitdə fəaliyyətini təmin edən müasir onlayn təhsil platformasıdır. Platformanın əsas məqsədi tədris və idarəetmə proseslərinin rəqəmsallaşdırılması, təhsil iştirakçıları arasında kommunikasiyanın gücləndirilməsi, şəffaflığın və səmərəliliyin artırılmasıdır.
Müxbir- Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [14:41]
Şamaxıda texniki üzüm sortlarının kütləvi yığımına başlanılıb FOTO
- 27.08.2026 [13:45]
Xaçmaz rayonunda yeni dayanacaq pavilyonları quraşdırılır
- 27.08.2026 [13:35]
Gənclərin narkotik asılılığı probleminə dair bilikləri artırılır
- 27.08.2026 [12:25]
Talış dağlarının qoynunda gizlənən qədim sığınacaq: Buzeyir mağarası VİDEO
- 27.08.2026 [12:08]
Laçın Beynəlxalq Film Festivalı başa çatıb
- 27.08.2026 [12:05]